Elmi məqalələr

Çay bitkisi haqqında.Çayın faydaları və zərərləri ?

Heç özünüzdən soruşmusunuz mu həyatımızın vazgeçilməz içkilərindən biri olan çay nədir ? Faydaları və zərərlər var mı? Gündəlik nə qədər istifadə olunmalıdır ?

Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.

Çay bədəndə bir çox vacib funksiyaya təsir göstərir. Xüsusilə, çayın içində olan flavonoidlər güclü antioksidan təsiri göstərərək bəzi oksidləşdirici fermentləri məhv edərək iltihab əleyhinə fəaliyyət göstərir. Antioksidan təsiri ilə yoluxma riski yüksək olan şəxslərdə immunitet sistemini artıraraq xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Çaydakı flavonoidlərin antioksidan qabiliyyəti hidroksil qruplarının sayından, bağlanma yerindən və müəyyən qrupların mövcudluğundan asılıdır. 1998-ci ildə edilən bir araşdırma; çaydakı kateşinlərin (maddə )  antioksidan gücünün vitaminlərdən daha yüksək olduğunu göstərdi.

Xüsusilə çaydakı bu fenolik  birləşmələr dəri və ağciyər şişinin meydana gəlməsində hüceyrə yayılmasının qarşısını alır, həm də bu şişin böyüməsini maneə törədir. Bir araşdırmada, pəhriz antioksidanların 35-45% -i çay flavonoidlərindən qaynaqlanır. Çay dəmlənməsi zamanı su istiliyin artması dəmə keçən antioksidan sayının artmasına səbəb olur.

Yaşıl çay qara çaydan daha çox antioksidan təsirinə sahipdir. Yüksək antioksidan aktivliyinə sahip olan çay, xolesterolun oksidləşməsini gecikdirir və qandakı miqdarını azaldır. Bu vəziyyəti nəzərə alaraq, çayın ürək xəstəlikləri olma riskini azaldır.

Çayın digər faydaları : daimi çay içməklə ağciyər, özofagus, mədəaltı vəzi, məmə, qaraciyər və kolon xərçənglərinin ortaya çıxamsına səbəb olan kimyəvi kanserogenlərdən qoruyur, xərçəngin başlanğıc, inkişaf və çevrilmə mərhələlərinin qarşısını aldığını tibb elmində sübut edilmişdir.

Çayın axtarılan bir içki olmasının əsas səbəblərindən biri də tərkibindəki alkaloid maddələridir. Alkaloidlər kimi tanınan kafein, teobromin və teofillin purin törəmələridir. Purin nukleoproteinlərin ən vacib quruluş daşıdır.Çay yarpaqlarından ayrılan arı kofein (C8H10N4O2) acı dadı olan kristal maddədir. Cədvəldən göründüyü kimi çay yarpağının kofein tərkibi yarpaq yaşına görə azalır.

Çaylarda kafein tərkibi : Hindistan çaylarında %2,8-4,0 , Çin çaylarında %2,9-4,0 ,Azərbaycan çaylarında %3 -3,9 olaraq dəyişir.

Çayın digər faydalarından biri, yorğunluğu aradan qaldırmaq, insana canlandırıcı təsir göstərməsidir. Bu, tərkibindəki kafein ilə sıx bağlıdır. Bugünkü məlumata görə; Bir stəkan çayın kafein miqdarı eyni miqdarda qəhvədən təxminən 50% azdır. Kuruçayın tərkibində 1-5% kafein var. 5-6 stəkan çayda təqribi olaraq 300 mg kafein vardır.

Kafein beyindəki kapilyarların əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olur, qan hərəkətini sürətləndirir, insanlara canlılığı bərpa etməyə kömək edir və yorğunluğu azaldır. Mədə ifrazatını artırır. Kafenin mənfi təsirlərinin çayda müsbət təsirlərə çevrilməsi cox maraqlı və təəccüblü hadisədir. Thearubigin adlı çaydakı birləşmələr mədədə mənfi təsirlərin qarşısını almaq üçün kafein ilə reaksiyaya girir.

Yetərli və sağlıqlı qidalandıqdan sonra ,gündə 3-4 stəkan çay içmək zehnin fəaliyyətini artırır. Başqa sözlə, gümrah olmaq, fokuslanmaq, qavrayışda və canlılıqda seçicilik kimi təsirləri var. Çay düşüncəsiz olaraq istehlak edilərsə, bu faydalar əldə edilə bilməz. Gündə 2-3 stəkan çay içməyin ürək-damar xəstəlikləri və bəzi ifliclərdə  riskləri azalda biləcəyinə dair bir çox elmi araşdırma mövcuddur. Çay mümkün qədər yemək arasında içilməlidir. Qida ilə içilməsi məsləhət görülmür. Gündəlik sağlıqlı qidalanırıqsa; çay sudan sonra maye ehtiyacımızın tamamlanması üçün yaxşı bir alternativdir.

Ümumdünya Səhiyyə Təşkilatına (WHO) görə 65 °C’dən yuxarı istilikdə içilən çay yemək borusu xərçənginə səbəb olurmuş. Əslində, bu araşdırmanın nəticəsi  sadəcə çay üçün deyil bütün 65 °C’dən yuxarı istiliyə sahib olan maye və qidalara şamil edilmişdir.

Dünyada çay istehsalı 2005 –ci il nəticələri:

2006-cı il istehsal nəticələri:

Yer Ölkə min. ton %
1. Çin 885 27,7
2. Hindistan 789 24,7
3. Şri-Lanka 303 9,5
4. Keniya 290 9,1
5. İndoneziya 159 5
6. Türkiyə 131 4,1
7. Vyetnam 94,5 3
8. Yaponiya 92 2,9
  Cəmi 3197 100

Azərbaycanda çay

Çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur.

Ekspertlərin fikrincə 1 ha çay plantasiyasının salınması və becərilməsinə 30 min manatdan artıq vəsait lazımdır.

Ana dili

Azərbaycan Dili və Əlifbası Günü

Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.

Ölkəmizdə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.

1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.

1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı.

1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.

Bayramın Qeyd olunması

Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana dili günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Və əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb…. Və bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. …Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.

Mənim ana dilim Azərbaycan dilidir, doğma respublikamızın dövlət dilidir. Mənim ana dilim poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Mənim ana dilim dosta məhəbbət, düşmənə nifrət dilidir.
        Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir. Ana dilimin şirinliyindən danışarkən bir əhvalat yadıma düşür.
        Ərəb ölkələrindən birində təhsil alan azərbaycanlıların yanına öz həmvətəni gəlir. Şagird ustadından icazə alaraq həmvətəni ilə öz ana dilində danışmağa başlayır. Qonağı gedəndən sonra ustad öz şagirdinə yanaşıb hansı dildə danışdıqlarını soruşur. Şagird Azərbaycan dilində söhbət etdiklərini bildirir. Ustad bir anlıq susub sonra onların bütün danışıqlarının, elə Azərbaycan dilində təkrar edir.
        Bu əhvalatdan çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan dili həm sadə və asan, həm də şirin və ahəngdar bir dildir. Şagirdlə həmvətəninin söhbəti Azərbaycan dilinin sadə və asanlığına görə ustadın yadında qalmışdısa, ərəb dilli şəxsin danışığında gözəl səslənməsi bu dilin ahəng və şirinliyi ilə bağlı idi.
        Bu hadisə neçə əsr bundan əvvələ aid bir əhvalatdır. Dilimiz o zaman indiki kimi səlis və rahat deyildi. Bu gün isə Azərbaycan dili kamil qrammatik quruluşa, zəngin söz fonduna, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Indi bu dildə ən çətin və mürəkkəb fikirləri ifadə etmək, ən yüksək elmi əsərləri başqa dildən tərcümə etmək mümkündür. Bu gün Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Fəxr edə bilərik ki, son dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır.
        Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.
 

Doğma dilim, sən ki varsan dünyada!
«Mən də varam!» söyləməyə haqlıyam.
Anam! Ana dilim! Ana Vətənim!
Mən bütün qəlbimlə sizə bağlıyam!


        Dilin gözəlliyi həm də onu işlədənlərdən, onların nitq bacarığından asılıdır. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.
        Mən ana dilimi – Azərbaycan dilini çox sevirəm və bu yazımı görkəmli şairimiz Nəbi Xəzrinin «Ana dili» şeirindən bir parça ilə bitirmək istəyirəm:
 

Ana gözlərindən süzən nur kimi,
Doldur ürəyimə sən gilə-gilə.
Hər kəlmən, hər sözün bəzənməyibmi
Mehriban anamın təbəssümüylə?!

Xərçəng xəstələrinin alternativ bir müalicə metodu olaraq dua seçimi

XX əsrdə müasir tibb və alternativ tibb bir-birini rədd etmişlərdir.Amma 20-ci əsrin sonlarına gəldiyində bu iki yanaşma birbirlərini tədqit etməyə başlamışdır.Tədqiqatın əsas mövzusu alternativ bir müalicə metodu olan və alternativ müalicə metodları arasında insanların ən sıx istifad etdikləri dua metodudur.Bu tədqiqat kemoterapi alan xərçəng xəstələrinin dua meyilliliyinin müəyyənləşdirilməsi məqsədi ilə həyata keçirilmişdir.Tədqiqat Ankara Onkoloji Xəstəxanasında kemoterapi müalicəsi alan 14-60 yaş aralığındakı 14 xərçəng xəstəsi arasında aparılmışdır.Dataların əldə edilməsi üçün ,tədqiqatçılar tərəfindən hazırlana açıq uclu 8 sualdan ibarət form istifadə edilmişdir.Dataların məzmun analizinə görə qiymətləndirildiyi araşdırmanın nəticəsi olaraq, xəstələrin xəstəxanada müalicə üsulu olaraq çox tez-tez ibadət fenomeninə müraciət etdikləri müşahidə edildi və müalicə əsnasında duaya və namaza istiqamətləndirildi.Araşdırma nəticələrinin xəstəxanalarda yaradılan / yaradılması planlaşdırılan mənəvi dəstək qurumlarına yol göstərici olması baxımından qatqı təmin edəcəyi düşünülür.

MƏQALƏNİ TAM ŞƏKİLDƏ BURDAN YÜKLƏYƏRƏK OXUYA BİLƏRSİNİZ

Kredit götürmək olarmı?

Kredit götürmək hansı məcburi və zəruri hallarda halaldır?

Cavab: Kredit faizli borc deməkdir. Faiz isə İslam dininin ən ağır qadağalarından biridir.  Haramları mübah/icazəli hala gətirən zərurət faktoru hamının öz istədiyi kimi başa düşüb tətbiq edəcəyi bir şey deyil.

Bizə tez-tez belə bir sual gəlir: “Axı mən çox çətin vəziyyətdəyəm. Kredit götürə bilmərəm?”. Unutmamaq lazımdır ki, maddi cəhətdən yaxşı vəziyyətdə olanlar onsuz da faizli borc alıb özlərini səbəbsiz yerə pis vəziyyətə salmırlar! Əsas odur ki, çətin vəziyyətə düşdüyün vaxt faizdən uzaq durasan. Allahın imtahanı da elə buradadır. Bu barədə Quran ayəsi də var:

“Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can və məhsul qıtlığı ilə imtahana çəkərik. Səbr edənlərə müjdə ver!

O şəxslər ki, onlara bir müsibət üz verdiyi zaman: “Biz Allaha aidik və şübhəsiz ki, Ona dönəcəyik!”, – deyirlər.

Onların üzərində Allahın verdiyi kamilliklər və bərəkət vardır. Doğru yolda olanlar məhz onlardır!”. (Bəqərə, 2/155-157)

Başqa bir ayədə isə belə buyurulur:

“Ey iman gətirənlər! Səbr edərək və namaz qılaraq kömək diləyin. Allah səbr edənlərlədir!”. (Bəqərə, 2/153)

Buna görə də müsəlman insan bütün çətinliklərə baxmayaraq səbr etməli, daha çox işləməli və əsla harama iş görməməlidir. 

Müsəlmanlar © 2019 Bütün hüquqları qorunur.