Onlayn satış

Bioloji dermotologiyanın xidmətində: Bioderma
Bioderma Markasını Tanıyaq

 Azərbaycan və Avropa daxil olmaqla dünyanın bir çox ölkəsində dermokosmetika deyilincə ağla ilk gələn markalardan biri də əlbəttə Biodermadır. Bioderma bir çox dəri probleminə qarşı yüksək effektiv qulluq seriyası təklif edir və ölkəmizdəki bir çox istifadəçi tərəfindən seçilir. Bioderma markası əsas paylama kanalı olaraq dermokosmetik vasitə olaraq onlayn satış və aptekləri seçib. Başda www.hamisiburada.az saytı olaraq bəzi saytlarda bu markanın məhsullarını tapmaq da mümkündür.

 Bioderma markasının hekayəsi 1970-ci illərdə, yenilikçi bir əczacı, fransalı Jean Noel Thorel, biologiya və dermatologiya sahəsində dünyanın aparıcı mütəxəssisləri ilə dialoqda başlayır. Tezliklə ilk patentlərlə Bioderma fəlsəfəsi formalaşdı:

Bioloji dermotologiyanın xidmətində: Bioderma

 Biologiya və dermatologiya Bioderma markasının adının mənbəyidir. Bu markanı klassik kosmetik məhsullardan fərqləndirən ən vacib məqamdır. İnsan dərisini yaxşı tanıyan, hər cür problemi və ehtiyacı elmi metodlarla kəşf edən və yüksək texnologiya və yüksək keyfiyyətli xammalı çox yüksək, dəqiqliklə birləşdirən düsturlar ortaya qoyan bu fəlsəfə bu gün dünyanın bir çox ölkəsində on milyonlarla insan tərəfindən istifadə olunur.

 Markanın ilk buraxılışı 1977-ci ildə Node şampun çeşidi ilə başladı, yəni yuyucu vasitə demək deyil. Node şampunları saçın və saç kökünün zədələnmədən kirdən təmizlənməsini təmin edir, eyni zamanda şampundan gözlənilən bütün funksiyaları ilə baş dərisini örtən təbii lipidləri pozmadan yerinə yetirir. Bu şəkildə daha sağlam bir baş dərisi və daha gözəl görünüşlü saçlara sahib olmaq mümkündür. Bioderma Node Şampun seriyası bu gün də ən vacib və seçilən saç baxımı məhsullarından biridir.

Bioderma məhsulları üçün klikləyin.

 Sonrakı illərdə Jean Noel Biodermanın biologiya fəlsəfəsini dermatologiya sahəsində inkişaf etdirməyə və onun kimi düşünən bir çox tədqiqatçı ilə birlikdə yeni məhsullarda əks etdirməyə davam etdi. 1992-ci ildən sonra Bioderma həssas dərilərə yönəlmiş öz patentli Bioderma Sensibio Həssas Dəri seriyasını inkişaf etdirdi. Bioderma Sensibio çeşidi həssas və qızarmış dərilərə, o cümlədən kremlər, sakitləşdirici toniklər və Ar və BB kremləri ilə effektiv qulluq təklif edir. Bununla birlikdə Bioderma Sensibio seriyasının ən vacib üzvü, həm dəri təmizləməsini, həm də çox rahat makiyaj təmizləməsini təklif edən Bioderma Sensibio H2O Misellar suyudur. Bir çox istifadəçi tərəfindən Bioderma dərini təmizləyən su olaraq bilinən bu məhsul həm üz, həm də göz təmizliyi üçün etibarlı şəkildə istifadə edilə bilən təsirli bir məhsuldur.

 Bioderma Atoderm seriyası xarici amillərə reaksiya verən və həssas və quru dərilərə qulluq göstərən xüsusi bir seriyadır. Atodermin tərkibinə dəri təmizləyiciləri, dəri baryerini dəstəkləyən nəmləndiricilər və kremlər, balzalar, yuyucu yağlar daxildir.

 Digər bir məhsul qrupu, sızanaq və yağ problemi olan dərilərə xüsusi qulluq seriyası olan Bioderma Sebium seriyasıdır. Bioderma Sebium seriyasının üzvlərinə Bioderma Sebium H2O, Sebium Global Krem, Sebium Maskası, Peeling, AI məsamə baxımı kremi, Sebium serumu daxildir. Bioderma Sebium məhsulları birləşmə və yağlı dərilər üçün tam qulluq təklif edir.

 Markanın günəş məhsulları Bioderma Photoderm adı ilə qruplaşdırılmışdır. Hər dəri növü üçün fərqli seçimlər təklif edən Bioderma Photoderm seriyası, demək olar ki, hər il yenilənir və yeni növlər qazanır. Həssas dərilər üçün günəşdən qoruyucu kremlər, rəngli günəş kremləri, Bioderma Kompakt Günəş kremləri, Photoderm Leb spreyi, Bioderma Photoderm AKN, sızanaq və sızanaq problemi olan insanlar üçün günəş kremidir.

 Bioderma Cicabio seriyası, köhnəlmiş və qoruma dəstəyinə ehtiyacı olan dərilər üçün xüsusi bir xəttdir.

 Bioderma Hydrabio məhsulları nəm problemi olan dəri üçün dermokomatik nəmləndiricilərdən ibarətdir. Qurumuş dərilər üçün Hydrabio H2O xüsusi təmizləyici sudur. Dərinizi bu təmizləyici su ilə qurumaqdan qorumaq və sonra yumşaqlığı hiss etmək mümkündür. Bundan əlavə, sıx və Legere nəmləndirici kremlər, nəm maskası və serum kimi zəngin məhsullar bu seriyanın üzvləridir.

Müştərilər necə aldadılır?!-Yalançı kampaniyalar-Faizsiz kredit-Aldadıcı markalar-Onlayn sifariş zamanı aldanma

1) “Yalannlarda telefon zəngi ilə müşərilərin aldadılması halları artıb.200 manatlıq tozsoran alın sizə 3,4 hədiyyə verəcəyik adı ilə müştərilər aldadılır.Səbinə Əliyeva (ad şərtidir) adlı xanımı belə aldadıblar.Deməli müştəriyə Samsung(digər məhşur markalar da ola bilər) tozsoran təklif edilir üstündə mikser,blender,ətçəkən və zəmanət olduğu bildirilir.Məhsul çatdırılır yoxlanılır götürülür.Sonra məlum olur ki, Samsung (digər məhşur markalar da ola bilər) tozsoran orijinal deyil bazar qiyməti 60,70 manata satılır.Hədiyyələr çin istehsalı olan keyfiyyətsiz markalardır.Zəmanətdə qeyd olunan nömrələrə zəng çatmır,zəmanət möhürsüz olur beləliklə müştəri aldadılır.

2)“Faizsiz kredit” elanı ilə satılan məhsullar üçün imzalanan müqavilələr kredit sayılmır: “Bunun adı qanunvericiliyimizə görə nisyə alqı-satqıdır. Komisyon məbləği üstünə gəlməklə nisyə satdığı malın qiymətini artırır. Qanunvericilikdə bununla bağlı heç nə yoxdur. Sadəcə qanunla bu qadağan da edilməyib. Mülki qanunvericiliyin ümumi prinsipi var ki, qanunla qadağan edilməyən hər şeyi müqavilədə göstərmək olar. Faizsiz kredit elanı yalnış məlumat verməkdir. Bu istehlakçıların hüquqlarının pozulması deməkdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqda qanun var. Həmin qanuna görə, sahibkarlar istehlakçılara düzgün məlumat verməlidirlər. Belə olan halda isə bu artıq aldatmadır. O baxımdan aldatmadır ki, onun adı kredit deyil, bu məlumat yalandı. Kredit deyilsə faizsiz də deyil. Bunun adı nisyə alqı-satqıdır, bu da əvəzsiz deyil. Burada komisyon haqqı var. Deməli burda da müştərilərin aldadılması var. Aldadılması yalnız o mənada ki, məlumatın verilməsində aldadılma var”.

3) “Aldadıcı markalar”Azərbaycanda kifayət qədər tanınan markalar var.Bəzi markalar satışı artırmaq üçün yalnış informasiya yayırlar.Məsələn Hoffman markası.Alman brendi olduğu qeyd edilir.Hoffman X max Oukitel,Hoffman X ultra Leagoo M9 telefonları ilə eynidir.İmei kodu vasitəsi ilə də mənşə yerini araşdırmaq olar. http://hoffmann-electric.com saytını araşdırdıqda Almaniya ilə əlaqəsi yalnız yazılarda qeyd edilir.Ünvan və əlaqə vasitələri qeyd edilməyib.Digər məluma verilən marka Blackbird markasıdır.Bəzi reklamlarda Blackberry-nin məişət texnikası markası olduğu bildirilir.Əslində isə Blackberry  markasının belə marka istehsal edən bölməsi yoxdur.Araşdırmalarımız davam edəcək…

4) Onlayn sifariş zamanı aldanma Onlayn sifariş zamanı əsas diqqət edilməsi gərəkən satış edən mənbənin real ünvanın olmasıdır. Onlayn  satışda mağaza olması vacib deyil.Dünya da hər iki forma da satış forması var.Amma ofis və ya xidmət məntəqəsi olmalıdr ki,zəmanət məslələrində problem yaşamayasınız.Qaimə və yazılı zəmanətin verilməsi(zəmanətli məhsullara aiddir) satıcı tərəfindən təşkil edilməlidir.Zəmanətdə mütləq ünvan,əlaqə nömrələri,möhür olmalıdır.

Araşdırmalarımız davam edəcək…

Hamisiburada.az onlayn alış veriş saytı

http://www.hamisiburada.az Azərbaycanın öndə gedən online ticarət saytları arasında olan, sahib olduğu unikal üstünlükləri, 100% təhlükəsiz alış veriş təmin edən Sıfır Risk Sistemi ilə alver həvəskarlarının ən çox seçdiyi onlayn alış veriş saytı Hamısıburada, qurulduğu gündən bu yana online satış sistemini daha keyifli və etibarlı qılmağa davam edir . Yüzlərlə kateqoriyada olan  inanılmaz məhsul növləri və rəqibsiz qiymətləriylə dünya markaları Hamısıburada ilə bir klik uzağınızdadır. Son model elektron məhsulların olduğu texnologiya kateqoriyasından istədiyiniz mobil telefon modelini, xəyalını qurduğunuz məişət əşyasını və digər elektron məhsulları uyğun qiymət və taksit variantıyla onlayn satın ala bilər, ən sevdiyiniz markaları ehtiva edən moda kateqoriyasından mövsümün trendlərinə uyğun geyim məhsullarına, dünya brendlərinin təqdim etdiyi  məşhur ayaqqabı markalarına, idman geyimlərinə sahib ola bilərsiniz. Onlayn satışın və etibarlı alış-verişin ünvanı Hamisiburada.az, öz məhsullarınızı də satabiləcəyiniz bir alış veriş saytıdır. İstər fərdi satış edin istər firma sahibi təcrübəli bir satıcı olun, pulsuz üstünlüklər, inkişaf etmiş satış vasitələri, yenilənən mağaza abunələriylə bir Onlayn alışveriş  şirkəti olan Hamisiburada.az-da alış veriş etmək çox asan və sərfəlidir.

Onlayn sifarişin üsünlükləri

1. Zaman dəyərli resursdur

Biz, zamanın dəyərli resurs olduğunu düşünməyə öyrəşmişik. Lakin çox zaman bu düşüncəni ciddiyə almırıq. Təbii ki, hər bir insan öz zamanını necə keçirdəcəyinə özü qərar verir. Beləliklə supermarketdə keçirilmiş yarım saat vaxt böyük bir itki kimi görünmür. Lakin siz mütəmadi olaraq supermarketdən alış-veriş edirsinizsə həftəlik olaraq supermarketdə çox zaman keçirdirsiniz. Həftədə bir neçə saat ayda 8 saat edir. Digər sözlərlə desək hər ay siz supermarketlərdə bütün bir iş gününü itirirsiniz. Bu isə artıq böyük bir itki kimi görünür. Elə deyilmi?

2. Qənaət və alış-verişə nəzarət

İnternet üzərindən yemək sifariş verən şəxs servisə onun göstərdiyi xidmətə görə müəyyən dərəcədə pul ödəməlidir. Məhz buna görə bir çoxları düşünür ki, ən yaxşısı reallıqda edilmiş alış-verişdir. Lakin supermarketdə sizin daha az xərcləmə zəmanətiniz də yoxdur. Tədqiqatlar sübut edir ki, ac alıcı tox alıcıdan daha çox vəsait xərcləyir. Bu isə o deməkdir ki, işdən sonra supermarketə baş çəkmiş şəxs ona əslində lazım olmayan məhsulları almaqda böyük riskə girir. İnternetdə isə bu cür səhvləri etmək çətindir. Hansısa saytda sağlam qida sifariş verən zaman siz sağlam qida ilə təmin olunursunuz. Qalan heç bir məhsul isə öz çəkici görünüşü və qoxusu ilə sizi cəlb etmir.

3. Sağlamlıq üçün xeyir

Çantaların və ya zənbillərin daşınması çox zaman insanların sağlamlıqlarına mənfi təsir göstərir. Bəli siz özünüz də bilirsiniz ki, əlinizdə ağır yük olan zaman ani hərəkətlər nəticəsində beldə və oynaqlarda müxtəlif problemlər yarana bilər. Əgər ağırlıq qaldırma sizin güclü xüsusiyyətlərinizdən biri deyilsə onda internet üzərindən yemək və ya qida məhsulu sifarişi sizin sağlamlığınızı təmənnasız olaraq qoruyacaq.

4. Sürətli və əlçatan

Bir çox servislər, çatdırılmanı 1-2 saat ərzində yerinə yetirirlər. İlk baxışdan bu göstərici heçdə sürətli görünməyə bilər. Lakin siz işdə və ya nəqliyyatda olan zaman məhsulları ön sifariş etsəz onda evə gəldiyinizdan qısa bir müddət sonra həmin məhsullar sizə çatdırılacaq. Nəticədə sifariş üçün sizdən tələb olunan sadəcə internetə çıxışı olan smartfonun olmasıdır.

5. Sakitlik və dinclik

Sıra növbəsi bəlkədə müasir cəmiyyətdə ən iyrənc bir xüsusiyyətlərdən biridir. Burda söhbət heç itirilmiş zamandan belə getmir. Sıra növbəsində gözləyən zaman digər insanlar tərəfindən itələnmək, darıxmaq və ya arxadakı insanın tənəffüsü böyük şəhər sakinlərinin yaşadıqları kəskin psixoloji işgəncədir. İnternet üzərindən sifariş isə bütün bu problemlərdən azad olmağa imkan verir. Həmçinin onlayn servislər vasitəsilə sifariş, bizləri supermarketdə baş verən dəyişikliklərdən da azad edir. Məsələn bugün siz hansısa məhsulu alırsınız, sabahısı gün isə həmin məhsulu almaq istəyən zaman görürsünüz ki, məhsulun satıldığı yer tamamilə dəyişilib. Bu zaman siz həmin məhsulu axtarmaq üçün bəlkədə bütün mağazanı gəzirsiniz. İnternet vasitəsilə edilən qida sifarişi stress və xaosla dolu həyatımızı biraz da olsun rahatlaşdırır.