Tarix

28 May Respublika Günü

1917-ci ildə Rusyada baş vermiş Fevral inqilabı nəticəsində Rusyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyiski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

9 May Qələbə Günü

9 May Qələbə Günü — Böyük Vətən Müharibəsinin (1941-1945) başa çatdığı gün.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı.

Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Aprel döyüşləri

Aprel döyüşləri qəhrəmanlıq tarixi

Aprel döyüşləri (erm. Ապրիլյան բախումներ), Aprel müharibəsi (erm. Ապրիլյան պատերազմ) və ya Dördgünlük müharibə (erm. Քառօրյա պատերազմ) — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.[22] Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstankəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.[2]

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.[23]

Amerika Birləşmiş Ştatları Dövlət Deparmentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır.[24]

Zəmin

Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.[25] Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.[26][27][28][29]

Erkən döyüşlər

Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdir.[1] Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.[30]. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi.[31] Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub.[32] Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub.[32]

Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.[33]

Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.[34]

Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və “Yerkrapa” erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.[35][36] Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib.[36] Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.[37]

Əməliyyatların dayandırılmasından sonra başlanılan döyüşlər

Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus “X-55” tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib.[38] Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub.[39] Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.[39]

Atəşkəs

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.[40] Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.[41]

Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının OrdubadŞahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.[42]

Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər.[22] Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.[22]

İtkilər

Azərbaycan tərəfi

Hərbi

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı“, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.[43]

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının verdiyi məlumata görə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.[44][45][46]

Şəhidlərin siyahısı

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Polkovnik Vüqar Nurəddin oğlu Yusifov 1976 6 aprel 2016 Şəmkir rayonuŞiştəpə kəndi[47][48]
Polkovnik-leytenant Raquf Cahangir oğlu Orucov 1972 5 aprel 2016 Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı[49]
Murad Telman oğlu Mirzəyev[50] 1976 11 aprel 2016 BakıII Fəxri Xiyaban[51][52][53][54]
Mayor Təbriz Tariyel oğlu Musazadə[55] 1981 11 aprel 2016 BakıII Fəxri Xiyaban[51]
Urfan Üzeyir oğlu Vəlizadə[55] 1978 11 aprel 2016 BakıII Fəxri Xiyaban[51]
Rasim Əbdül oğlu Məmmədov 1977 5 aprel 2016 Naxçıvan şəhəri[56][57]
Elnur Adil oğlu Əliyev 1976 3 aprel 2016 Füzuli rayonu[58][59]
Samit Gülağa oğlu İmanov 1981 9 aprel 2016 Neftçala rayonuHəsənabad qəsəbəsi, Şəhidlər Xiyabanı[60][61][62]
Kapitan İnqilab Çingiz oğlu Quliyev 1983 5 aprel 2016 Gəncə şəhəri, Şəhidlər xiyabanı[49]
Mühid Qurban oğlu Orucov 1984 9 aprel 2016 Qazax rayonuFərəhli kəndi[63]
Vaqif Dilqəm oğlu Bayramov 1979 11 aprel 2016 Naftalan şəhəri[64]
Nəcməddin Akif oğlu Savalanov[65][66] 1985 9 may 2016 İmişli rayonuGöbəktala kəndi
Baş leytenant Əbu Bəkir Vüqar oğlu İsmayılov[55] 1990 11 aprel 2016 BakıII Fəxri Xiyaban[51]
Mirzə Sərvər oğlu Novruzov 1984 5 aprel 2016 BakıII Fəxri xiyaban[67]
Rəşid Rövşən oğlu Mehdiyev 1990 5 aprel 2016 Salyan rayonuXələc kəndi[68]
Ziya Niyazi oğlu Həsənov 1989 6 aprel 2016 Bərdə şəhəri, Şəhidlər Xiyabanı[69][70]
Elvin Məmməd oğlu Namazov 1990 9 aprel 2016 Qazax rayonuYuxarı Salahlı kəndi[71]
Cavid Gülbala oğlu Dədəkişiyev 1989 11 aprel 2016 İmişli rayonuQaralar kəndi[72]
Elnur İsgəndər oğlu İsgəndərov 1989 11 aprel 2016 Şəki rayonuŞəki şəhəri[73][74]
Leytenant Sahil Həsrət oğlu Şirinov 1992 6 aprel 2016 Qəbələ rayonuBum qəsəbəsi[48][75]
Gizir Dilsuz Məmmədağa oğlu Qarayev 1990 4 aprel 2016 Ağcabədi rayonuHindarx qəsəbəsi[76]
Elimdar Səlimxan oğlu Səfərov 1992 4 aprel 2016 Neftçala rayonuAşağı Qaramanlı kəndi[76]
Orxan Kazım oğlu Hümbətov 1992 5 aprel 2016 Şəki rayonuKiş kəndi[49][77]
Orxan Ələsgər oğlu Müstəcəbov 1993 5 aprel 2016 Qobustan rayonuBədəlli kəndi[78]
Məhəbbət Zaman oğlu Mirzəyev 1994 12 aprel 2016 Beyləqan rayonuDünyamalılar kəndi[79]
Nurlan Rasim oğlu Abdullayev 1994 5 aprel 2016 Zərdab rayonuBöyük Dəkkə kəndi[80]
Ravil Elman oğlu Novruzov 1986 4 aprel 2016 Xızı rayonuGiləzi qəsəbəsi[76]
Rusif İbrahim oğlu Ağayev 1987 7 aprel 2016 Lənkəran rayonuHirkan qəsəbəsi[81]
Teymur Sabir oğlu Qasımov 1992 9 aprel 2016 Mingəçevir, Şəhidlər Xiyabanı[62][82][83]
Murad Vaqif oğlu Məmmədov 1989 5 aprel 2016 Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı[49]
Bəxtiyar Rəfael oğlu Hüseynov 1995 9 aprel 2016 Goranboy rayonuQızılhacılı qəsəbəsi[84]
Toğrul Habil oğlu Fərəczadə 1993 9 aprel 2016 Ağsu rayonuBico kəndi[85]
Şahin Yaşar oğlu Cavadzadə 1994 9 aprel 2016 Beyləqan rayonu, Beyləqan şəhəri[86]
Pəncəli Nurməmməd oğlu Teymurov 1981 11 aprel 2016 Astara rayonuAzaru kəndi[72]
Tural Gülşad oğlu Qurbanov 1992 11 aprel 2016 Kürdəmir rayonuSığırlı kəndi[87]
Mirsalam Təvəkkül oğlu Cəfərov 1994 11 aprel 2016 Tovuz rayonuBayramlı kəndi[64]
Seymur Qulamhüseyn oğlu Baxışov 1987 20 aprel 2016 Sumqayıt şəhəri, Sumqayıt Şəhidlər Xiyabanı[88]
Kiçik gizir Babək Vəfadar oğlu Abidov 1992 9 aprel 2016 Şabran rayonuZeyvə kəndi[62][89]
Çavuş Təbriz Hamlet oğlu Əsgərov 1993 6 aprel 2016 Şəmkir rayonuMorul kəndi[48]
Elvin Sədrəddin oğlu Qayıbov 1989 5 aprel 2016 Xaçmaz rayonuƏbilyataq kəndi[49][90]
MAXE hərbi qulluqçu Ruhin Əşrəf oğlu Qəhrəmanov 1997 3 aprel 2016 Biləsuvar rayonu, 2 saylı məcburi köçkün qəsəbəsi[91]
Nurlan Bayram oğlu Əsgərov 1995 5 aprel 2016 Masallı rayonuKalinovka kəndi[92]
Rahim Qara oğlu Tağıyev 1979 11 iyul 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Nicat Bəhruz oğlu İsgəndərov 1989 3 aprel 2016 Tərtər rayonuTərtər şəhəri[93]
Səbuhi Rəfayıl oğlu Musayev 1988 7 aprel 2016 Bərdə rayonuMustafaağalı kəndi[94][95]
Adil Kamran oğlu Adilzadə[83] 1993 11 aprel 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı[96]
Rüstəm Oruc oğlu Əhmədov 1983 14 aprel 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı[97][98]
Sıravi Rəvan İsmayıl oğlu Nurayev 1997 3 aprel 2016 Zaqatala rayonuMuxax kəndi[99]
Orxan Məhəmməd oğlu Əliyev 1996 3 aprel 2016 Qazax rayonuAslanbəyli kəndi[100]
Sarvan Natiq oğlu Mehrəliyev 1997 3 aprel 2016 Ağdam rayonuÜçoğlan kəndi[101] Bəzi mənbə:Ballar
Samir Ziyəddin oğlu Qaçayev 1994 3 aprel 2016 Şamaxı rayonuMəlhəm kəndi[102]
Fərahim Adışirin oğlu Novruzov 1996 4 aprel 2016 Biləsuvar rayonuSəmədabad kəndi[103]
Nürəddin Etimad oğlu Mirzəyev 1996 4 aprel 2016 Yardımlı rayonuHonuba kəndi[76]
Sərxan Azər oğlu Bağırov 1997 4 aprel 2016 Göygöl rayonuƏlimədədli kəndi[76]
Hüseyn Zeynal oğlu Dəmirli 1993 5 aprel 2016 Biləsuvar rayonuBiləsuvar şəhəri[49]
Ömər Məzahir oğlu Cəbrayılov 1997 5 aprel 2016 Ağdaş rayonuŞəkili kəndi[49]
Vüqar Natiq oğlu Süleymanov 1993 5 aprel 2016 Şəki rayonuBöyük Dəhnə kəndi[49][77]
Teymur Mikayıl oğlu Qasımov 1996 5 aprel 2016 Göyçay rayonuÇaxırlı kəndi[104]
Rizvan Telman oğlu Muradov 1996 4 aprel 2016 Sabirabad rayonuÇiçəkli kəndi[105]
Müşviq Arif oğlu Orucov 1996 5 aprel 2016 BakıSuraxanı rayonuHövsan qəsəbəsi, “Dədə Qorqud” qəbristanlığı[106]
Cabbarxan İlham oğlu Hacıağayev 1996 5 aprel 2016 BakıBinəqədi rayonuXocəsən qəsəbəsi[107][108]
Nurlan Cəmil oğlu Qasımov 1997 5 aprel 2016 Şəmkir rayonuTatarlı kəndi[109]
Xaliq Həsən oğlu Əzizzadə 1996 6 aprel 2016 BakıSabunçu rayonuKürdəxanı qəsəbəsi[110]
Emin İmran oğlu Bağırov 1996 6 aprel 2016 BakıBinəqədi rayonuBinəqədi qəsəbəsi[48][110]
Kamran Faiq oğlu Şirəliyev 1994 6 aprel 2016 BakıSuraxanı rayonuSuraxanı qəsəbəsi[110]
Əlizaman Fərrux oğlu İslamov 1997 6 aprel 2016 Lənkəran rayonuCil kəndi[48]
Ülvin Cəmaləddin oğlu Məmmədov 1996 7 aprel 2016 Ağcabədi rayonu, Laçından olan məcburi köçkünlərin “Taxta körpü” qəsəbəsi[81]
Şulan Bayram oğlu Bayramov 1996 7 aprel 2016 Sumqayıt şəhəri[81]
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı[83] 1994 9 aprel 2016 BakıSabunçu rayonuPirşağı qəsəbəsi[111]
Firdovsi Əliş oğlu Bağırzadə 1996 9 aprel 2016 Masallı rayonuGüllütəpə kəndi[62][83]
Mahir Sabir oğlu Mirzəyev 1994 9 aprel 2016 Abşeron rayonuMehdiabad qəsəbəsi[83][112]
Röyal İmran oğlu Nəsirov 1997 9 aprel 2016 Cəlilabad rayonuMəlikqasımlı kəndi[83][113]
Altun Fərman oğlu Dəmirli 1997 9 aprel 2016 Şəmkir rayonuDüyərli kəndi[83]
Elşən Səlim oğlu Səmədov 1997 9 aprel 2016 Şamaxı rayonuGöylər kəndi[114]
Vüsal İlham oğlu Alıyev 1996 9 aprel 2016 Şəmkir rayonuKür qəsəbəsi[115]
Mikayıl Yaqub oğlu Vahabzadə 1993 9 aprel 2016 İsmayıllı rayonuMaçaxı kəndi[116]
Mahir Qədir oğlu Quliyev 1993 9 aprel 2016 Bakı, III Fəxri Xiyaban[117][118]
Nazim Nadir oğlu Zəkarayev 1997 9 aprel 2016 Şamaxı rayonuŞamaxı şəhəri, Şəhidlər Xiyabanı[119]
Yalçın Namiq oğlu Osmanov 1997 9 aprel 2016 Qusar rayonuQusar şəhəri[120]
İlkin Azadxan oğlu Mirzəyev 1994 9 aprel 2016 Xaçmaz rayonu, ?[121]
Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996 9 aprel 2016 Qusar rayonuCaqarqışlaq kəndi[62][89]
Elvin Azadxan oğlu Mirzəyev 1994 9 aprel 2016 Xaçmaz rayonuXaçmaz şəhəri[62]
Əbdülməcid Nadirşah oğlu Axundov 1993 9 aprel 2016 Sumqayıt şəhəri[122][123][124]
Mahmud Azər oğlu İbrahimov 1997 9 aprel 2016 BakıMehdiabad qəsəbəsi[125][126]
Sərxan Oqtay oğlu Bayramov 1993 11 aprel 2016 Zaqatala rayonu, ?[72]
Əmrah Aydın oğlu Yüzbəyov 1997 4 may 2016 Xaçmaz rayonuHacıməmmədoba kəndi[127][128]
Əli İntiqam oğlu Heydərov 1997 9 may 2016 Abşeron rayonunuQobu qəsəbəsi[129]
Natiq Namiq oğlu Tahirli[130] 1997 18 may 2016 Lerik rayonuAlmu kəndi

Mülki şəxslər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin aprel ayının 6-sında yayımladığı məlumata əsasən aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, “2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub”.[131][132]

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 2016-cı ilin mayın 2-sində vurğuladığı məlumatda deyilir ki, “Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar; Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235-ə yaxın mal-qara tələf olmuşdur.”[133]

Ermənistan tərəfi

Əsas məqalə: Aprel döyüşlərində həlak olan Ermənistan döyüşçüləri‎

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Polkovnik-leytenant Aleksan Gevorqoviç Arakelyan 1982 13 aprel 2016 ErmənistanŞirak mərziGümrü şəhəri[134][135][136][137]
Onik Karoeviç Qriqoryan 1978 ? AzərbaycanXocalı rayonu, i.o. Xocalı şəhəri
Roman Vladimiroviç Poqosyan 1979 ? AzərbaycanXocavənd rayonu, i.o. Düdükçü kəndi
Mayor Hayk Vaqanoviç Torosyan 1985 7 aprel 2016 Ermənistanİrəvan şəhəri[134][137][138][139]
Ovsep Rafaeloviç Mailyan 1978 ? AzərbaycanXocavənd rayonu, i.o. Binə kəndi[134][138][140]
Rudik Baxşieviç Movsesyan[134] 1976 ? AzərbaycanXocavənd rayonu, i.o. Xocavənd şəhəri
Suren Qrişaeviç Melkumyan 1979 ? AzərbaycanXocavənd rayonu, i.o. Binə kəndi
Kapitan Armenak Mersoviç Urfanyan 1990 6 aprel 2016 Ermənistanİrəvan şəhəri[134][138][140]
Argişti Qaboyan 1993 ? ErmənistanŞirak mərziMedz Mantaş kəndi[141][142]
Ovsep Geqamoviç Kirakosyan 1988 5 aprel 2016 ErmənistanArmavir mərziApaqa kəndi[134][137][138][140]
Baş leytenant Merujan Arturoviç Stepanyan 1993 6 aprel 2016 ErmənistanŞirak mərziGümrü şəhəri[134][138][143]
Benyamin Nersesoviç Eqoyan 1992 ? Ermənistanİrəvan şəhəri[134][137]
Qraç Vardanoviç Qalstyan 1991 10 aprel ErmənistanŞirak mərziGümrü şəhəri[134][137][144]
Armen Karlenoviç Qasparyan 1974 ? ErmənistanSünik mərziQafan şəhəri[137]
Maksim Vaqifoviç Qriqoryan 1986 ? AzərbaycanXocavənd rayonu, i.o. Binə kəndi
Leytenant Ayk Rodikoviç Qriqoryan 1993 ? AzərbaycanXocavənd rayonu, i.o. Kiş kəndi[137]
Aşot Karapetoviç Şaxbazyan 1993 13 aprel 2016 ErmənistanŞirak mərziAxuryan kəndi[145]
Gizir Qaqik Surenoviç Melkonyan 1982 7 aprel 2016 ErmənistanGeğarkunik mərziZolakar kəndi[134][138]
Baş çavuş Qarib Ayaseroviç Saakyan[134] 1987 ? AzərbaycanXocavənd rayonu, i.o. Tuğ kəndi
David Yureviç Qasparyan 1979 ? Azərbaycan, i.o. Xankəndi şəhəri[134][137][137]
Nver Saroeviç Simonyan[134] 1990 ? AzərbaycanXocavənd rayonu, i.o. Tağaser kəndi
Çavuş Yuriy Anatolyeviç Paramazyan ? ? AzərbaycanXocavənd rayonu, i.o. Xocavənd şəhəri[134][138][140]
Norik Joraeviç Qasparyan 1996 ? ErmənistanSünik mərziQafan şəhəri[134][137]
Robert Abraamoviç Abraamyan 1993 12 aprel 2016 ErmənistanArarat mərziTaperakan kəndi[134][137][146]
Adam Xaçaturoviç Saakyan[134] 1996 ? Ermənistanİrəvan şəhəri
Karen Artakoviç Nersisyan 1997 13 aprel 2016 ErmənistanKotayk mərziBjni kəndi[145]
Arman Seyranoviç Andreasyan 1996 13 aprel 2016 ErmənistanŞirak mərziMedz Mantaş kəndi[145]
Kiçik çavuş Ruben Aşotoviç İskandaryan 1993 6 aprel 2016 Ermənistanİrəvan şəhəri[134][137][138][143]
Vladik Stepanoviç Narinyan[134] 1996 ? AzərbaycanXocavənd rayonu, i.o. Xocavənd şəhəri
Genrik Rudolfoviç Kaxramanyan 1996 ? ErmənistanArarat mərziMasis şəhəri[134][137]
Saşa Vaçaqanoviç Qalstyan 1996 ? ErmənistanArmavir mərziMetsamor şəhəri[134][137]
Robert Aleksandroviç Abacyan 1996 ? Ermənistanİrəvan şəhəri[134][137][147]
MAXE hərbi qulluqçu Vrej Vardanoviç Sarkisyan 1989 6 aprel 2016 ErmənistanGeğarkunik mərziPokr Masrik kəndi[134][138][148]
Vardan Surikoviç Tadevosyan 1990 7 aprel 2016 ErmənistanŞirak mərziGetap kəndi[134][137][138]
Arutyun Ovannesoviç Abramyan 1985 6 aprel 2016 ErmənistanGeğarkunik mərziArequni kəndi[134][137][138][148]
Sasun Faqradoviç Mkrtçyan 1989 5 aprel 2016 Ermənistanİrəvan şəhəri[134][138][140][149]
Nodarik Artaşesoviç Marqaryan 1963 5 aprel 2016 ErmənistanLoru mərziQuqark kəndi[134][138][140]
Geqam Raşidoviç Mkrtçyan[134] 1986 ? AzərbaycanKəlbəcər rayonu, i.o. Vəngli kəndi
Aznaur Rafikoviç Balayan 1987 ? AzərbaycanXocavənd rayonu, i.o. Susanlıq kəndi[134][137]
Qrant Samveloviç Qaribyan 1947 ? Azərbaycan, i.o. Xankəndi şəhəri[134][137]
Qraç Samveloviç Muradyan[134] 1983 ? Ermənistanİrəvan şəhəri
Karen Parkevoviç Davtyan 1981 ? ErmənistanLoru mərziVanadzor şəhəri[134][137]
Andranik Maratoviç Qriqoryan 1986 ? AzərbaycanCəbrayıl rayonu, i.o. Sirik kəndi
Tiqran Mxitaroviç Poqosyan[150][151] 1992 ? ?
Aram Nikolayeviç Aruşanyan[150][151] 1972 ? ?
Sıravi Rafik Xlqatoviç Akopyan 1996 7 aprel 2016 ErmənistanAraqacotn mərziKarmraşen kəndi[134][137][138][152]
Aqasi Sarmenoviç Asatryan 1996 6 aprel 2016 ErmənistanArarat mərziMasis şəhəri[134][137][138][148]
Narek Vardanoviç Mkrtçyan 1996 7 aprel 2016 ErmənistanSünik mərziVorotan kəndi[134][138][152]
Sarkis Armenakoviç Saakyan 1995 7 aprel 2016 ErmənistanKotayk mərziHrazdan şəhəri[134][138][152]
Aram Araikoviç Abramyan 1996 7 aprel 2016 ErmənistanArmavir mərziArtimet kəndi[134][137][138][147][152]
Aramais Qriqoroviç Mikaelyan 1996 7 aprel 2016 ErmənistanEçmiədzin şəhəri[134][138]
Qor Karapetoviç Kirakosyan 1996 8 aprel 2016 ErmənistanArmavir mərziArevik kəndi[134][137][138][152]
Viktor Aleksandroviç Yuzixoviç 1997 8 aprel 2016 ErmənistanŞirak mərziGümrü şəhəri[134][138][152]
Kyaram Kalaşoviç[153] Sloyan 1996 6 aprel 2016 ErmənistanAraqacotn mərziArtaşavan[134][138][140][148]
Vladimir Narinyan ? 7 aprel 2016 AzərbaycanXocavənd rayonu, i.o. Xocavənd şəhəri[154]
Vaqe Samveloviç Zakaryan 1995 ? ErmənistanKotayk mərziHrazdan şəhəri[134][137]
Vladimir Varujanoviç Alixanyan 1996 ? ErmənistanTavuş mərziDilican şəhəri[134][137]
Gevorq Qaqikoviç Vardanyan 1996 10 aprel ErmənistanŞirak mərziGümrü şəhəri[134][144]
Gevorq Aşotoviç Mqdesyan[134] 1996 ? ErmənistanKotayk mərzi, Nor Haçin kəndi
Baqrat Arturoviç Aleksanyan 1995 ? Ermənistanİrəvan şəhəri
David Razmikoviç Hayrapetyan 1997 ? ErmənistanGeğarkunik mərziZolakar kəndi[134][137]
Tiqran Aramoviç Abqaryan 1996 10 aprel 2016 ErmənistanŞirak mərziGümrü şəhəri[134][137][144][147]
Mişa Kamoeviç Ağacanyan 1996 ? ErmənistanAraqacotn mərziVardablur kəndi[134][137]
Artak Ayqavardoviç Petrosyan[134] 1997 ? ErmənistanLoru mərziMetsavan kəndi
Artur Qarnikoviç Gevorkyan 1997 12 aprel 2016 ErmənistanKotayk mərziAbovyan şəhəri[134][137][146]
Azat Kacikoviç Simonyan 1996 12 aprel 2016 ErmənistanKotayk mərziKamaris kəndi[134][146]
Jora Arturoviç Esayan 1996 12 aprel 2016 ErmənistanArarat mərziDarbnik kəndi[134][137][146]
Norik Sarqsyan 1996 12 aprel 2016 ErmənistanGeğarkunik mərziYeranos kəndi[134][146]
Boris Rafikoviç Ozmanyan[134] 1996 ? ErmənistanArmavir mərziAknaliç kəndi
Andranik Atomoviç Zoqrabyan 1996 ? ErmənistanArarat mərziVedi şəhəri[137]
Qriqor Qermonoviç Avetisyan 1997 ? ErmənistanArarat mərziArtaşat şəhəri[155][156][157][158]
Suren Arturoviç Aramyan 1997 ? ErmənistanArarat mərziArtaşat şəhəri[137][155][156][157][158]
Baqrat Arturoviç Aleksanyan 1995 13 aprel 2016 Ermənistanİrəvan şəhəri[145]
Norik Zavenoviç Sarqsyan 1996 ? ErmənistanGeğarkunik mərziYeranos kəndi
Tiqran Eduardoviç Berakçyan 1997 13 aprel 2016 Ermənistanİrəvan şəhəri[137][145]
Qriqor Gevorkoviç Arutyunyan 1997 13 aprel 2016 Ermənistanİrəvan şəhəri[145]
Armen Manveloviç Qriqoryan[159][160] ? ? ?
Gevork Qareginoviç Gevorkyan[161][162][163] 1996 ? ?
Ayk Samveloviç Minasyan[164][165] 1996 ? ?
Qarik Mnatsakanoviç Movsisyan[166][167] 1997 ? ?
Sarkis Qasparyan[168][169] 1996 ? ?
Marat Rafaeloviç Danielyan[170][171] 1984 ? ?
Aşot Şavarşeviç Zoqrabyan[172] 1991 ? ?
Armen Qrayroviç Martirosyan[173][174] 1996 ? ?
Xaçatur Vardanoviç Arutyunyan[175][176] 1996 ? ?
k. Nikolay Sarkisoviç Ovsepyan 1953 ? ErmənistanArmavir mərziVağarşapat şəhəri[137]
k. Suren Misakoviç Çartanyan 1955 ? Ermənistanİrəvan şəhəri[134][137]
k. Sarkis Lazareviç Xalafyan 1967 8 aprel 2016 Ermənistanİrəvan şəhəri[137][138][152]
k. Qaqik Kolyaeviç Parsadanyan 1960 ? ErmənistanSünik mərziQafan şəhəri[137]
k. Sergey Qurgenoviç Danqyan 1958 ? ErmənistanSünik mərziSisian şəhəri[137]
k. Eduard Yurikoviç Aleksanyan 1955 ? ErmənistanSünik mərziSisian şəhəri[137]
k. Mais Ercanikoviç Mirzoyan 1956 ? ErmənistanSünik mərziDarbas kəndi[137]
k. Armen Minasoviç Beqlaryan 1973 ? ErmənistanSünik mərziAxlatyan kəndi[137]
k. Sedrak Sergeyeviç Asryan 1972 ? ErmənistanSünik mərziDarbas kəndi[137]
k. Yegişe Artavazdoviç Nikalyan ? ? ErmənistanSünik mərzi, Ltsen kəndi
k. David Baqratoviç Sarqsyan 1956 ? ErmənistanSünik mərziBalak kəndi[137]
k. Masis Mikaeloviç Tovmasyan 1979 ? Azərbaycan, i.o. Xankəndi şəhəri[177]
k. Norayr Mikaeloviç Xaciyan 1976 ? Azərbaycan, i.o. Xankəndi şəhəri[137]
k. Karo Ambartsumyan 1960 20 aprel 2016 ErmənistanSünik mərziSisian şəhəri[178][179]
k. Vazgen Genrixoviç Arutyunyan[166][167] 1968 ? ?

Şübhəli ölümlər

Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən 2016-cı ilin aprel ayının 11-ində sıravi Qarnik Qamletoviç Avetisyan bədbəxt hadisə nəticəsində ölüb.[180][181][182] Növbəti gün, aprelin 12-sində sıravi Sevak Norayroviç Xaçatryanın[183][184][185][186], 25-ində isə sıravi Ovannes Vaçikoviç Petrosyanın[187][188][189] başında güllə yarası izi olan meyidləri tapılıb. Ermənistan KİV-lərinə əsasən, 2016-cı ilin may ayının 4-ündə rəsmi olaraq yayımlanmış qısa məlumatlarda qeyd edilir ki, mayın 3-ündə sıravi əsgərlər İqor Akopyan və 19 yaşlı Koryun Arutyunyan ölü tapılıblar, meyidlərin üzərində işgəncə və odlu silah yarası izləri aşakarlanmamışdır.[190][191]

Aprel döyüşlərinin nəticəsi

Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş[1]Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.[2] Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.[192]

Aprel döyüşləri vaxtı, hər iki ölkədə iqtidar və müxalifət eyni mövqeyi nümayiş etdirdi.[193] Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri Aprel döyüşlərində uğursuzluğa görə işdən qovulmuşdur.[194]

Reaksiyalar

Təşkilatlar

  •  Avropa İttifaqı — Qurumun rəsmisi Federika Moqerini(it) getdikcə qarşıdurmanın ciddi xarakter almasından narahatlığını da bildirib. “Əmin olmaq istəyirik ki, münaqişə tərəfləri baş verənlərin məsuliyyətini anlayır və beynəlxalq təşkilatların narahatlığına anlayış göstərəcəklər. Biz münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istəyirik”.[195].

Dövlətlər

  •  Türkiyə — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib[199]. Rəcəb Tayyib Ərdoğan başqa bir açıqlamasında isə “çox təəssüf ki, necə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün bizi bu mənzərə ilə qarşı-qarşıya qaldıq” demişdir[200].
  •  Pakistan — Pakistan prezidentinin katibi Əhməd Fərrux bildirib ki, “Pakistan həmişə Azərbaycanın yanındadır” və “Azərbaycana qardaş və dost ölkədir”.[201]
  •  Qazaxıstan — Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk. Tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırırıq.[203]
  •  İran — Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan(en) ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər. Danışıqlar zamanı, general-mayor H. Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib. General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib[204].
  •  Belarus — Belarus Xarici İşlər Nazirliyinin aprelin 2-sində yayımladığı bəyanatdında deyilir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.[206]

İctimaiyyətdə

Aprel döyüşləri zamanı tanınmış siyasi-ictimai şəxslərdən Azərbaycan tərəfini Türkiyə milli futbol komandasının futbolçusu Arda Turan, basketbolçu Hidayət Türkoğlu, televiziya aparıcısı Acun Ilıcalı, müğənnilər Mustafa Sandal və Demet Akalın, Ermənistan tərəfini isə prodüser Timur Vaynşteyn, maneken Kim Kardaşyan, siyasətçi Səlahəddin Dəmirtaş dəstəkləyib.[207][208][209][210] Döyüşləri zamanı Azərbaycan tərəfli istifadəçiləri FacebookInstagram və Twitter sosial şəbəkələrində əsgərləri #KarabakhNow, #GüpləGetsin, #Əsgərlərimizləyik, Ermənistan tərəfli istifadəçiləri isə #KarabakhPeace heşteqlərilə dəstəkləyiblər.[211]

Bəzi idmançılar Aprel döyüşləri şəhidlərini əsgər salamı və sayğı duruşu ilə yad ediblər.[212][213]

Etiraz aksiyaları

Aprel döyüşləri zamanı Azərbaycanın və dünyanın bir sıra şəhərlərində şəhidlərin xatirəsini, orduya dəstək, Azərbaycan torpağlarının suverenniyini, Ermənistana qarşı protestlərlə, yürüşlərlə və digər tədbirlərlə qeyd ediblər.[214][215]

  •  ABŞ — 2016-cı il 4 apreldə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yaşayan Güney və Quzeydən olan azərbaycanlıların bir qrupu Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.[218] Aksiyalar ABŞ-ın Çikaqo və Nyu-York şəhərlərində də keçirilib.[219]
  •  Avstraliya — 2016-cı il 5 apreldə Kanberra şəhərində yaşayan bir qrup azərbaycanlı və burada təhsil alan tələbələr Avstraliya parlamentinin binası qarşısında aksiya keçiriblər.[220]
  •  Ukrayna — 2016-cı il 6 apreldə Kiyev şəhərində yaşayan və təhsil alan tələbə və azərbaycanlılar orduya dəstək aksiyası keçirib.[223]
  •  İtaliya — 2016-cı il 6 apreldə Roma şəhərində İtaliya Parlamentinin önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən son günlərdə təmas xəttində baş verən hadislərlə bağlı aksiya təşkil olunub.[224] Aksiyada müğənni Vaqif Nağıyev də iştirak edib.[225]
  •  Litva — 2016-cı il 7 apreldə Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri paytaxt Vilnüsdə və Kaunas şəhərlərinin mərkəzində keçirdikləri “Qarabağ Azərbaycana məxsusdur” şüarı ilə dəstək aksiya keçirilib.[227]
  •  Niderland — 2016-cı il 7 apreldə Ermənistan Respublikasının Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz aksiyası keçirilib.[228] Piket Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub.[228] Ümumilikdə aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.[228]
  •  Danimarka — 2016-cı il 7 apreldə Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.[229]
  •  Türkiyə — 2016-cı il 7 apreldə İstanbulun Taksim meydanında Qarabağa dəstək aksiyası keçirilib.[230] 11 apreldə Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Unversitetində təhsil alan azərbaycanlı tələbələr, “Kansa kan, səninləyik, Azərbaycan”, “Vətən sənə canım fəda”, “Hər şey vətən üçün” və s. şüarları ilə Azərbaycan ordusunun cəbhə xəttindəki əməliyyatlarını dəstəkləyiblər.[231]
  •  Rusiya — 2016-cı il 8 apreldə Dağıstan Respublikasının Dərbənd şəhərində azərbaycanlılar milli orduya dəstək aksiyası keçiriblər.[232] 11 apreldə isə Sankt-Peterburqşəhərində Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib.[233]
  •  Gürcüstan — 2016-cı il 8 apreldə Gürcüstanda yaşayan azərbaycanlılar silahlı qüvvələrə dəstək aksiyaları keçirilib. Aksiyalar Tbilisidə və Qori şəhərlərində keçirilib.[234]
  •  İsveç — 2016-cı il 9 apreldə İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçiriblər.[235]
  •  Fransa — 2016-cı il 9 apreldə Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.[236] Aksiya zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnaksütun partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü aksiya yerinə yaxınlaşaraq əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib.[236] Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu qaydada davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.[236]
  •  Cənubi Koreya — 2016-cı il 10 apreldə Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak ediblər.[237]
  •  Şotlandiya — 2016-cı il 9 apreldə Şotlandiyada yaşayan azərbaycanlılar Qlazqo şəhərində Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirib.[239]
  •  Polşa — 2016-cı il 11 apreldə Polşada yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin paytaxtı Varşava şəhərində yerləşən Ermənistan Respublikasının səfirliyi önündə aksiya keçirilib.[240]
  •  Belçika — 2016-cı il 11 apreldə Azərbaycan-Belçika Dostluğu Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Brüsseldə aksiya keçiriblər.[241]
  •  Kanada — 2016-cı il 11 apreldə Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və Erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.[242]
  •  İsrail — 2016-cı il 15 apreldə Netanya şəhərinin Mədəniyyət Mərkəzi qarşısında Azərbaycanın Ermənistana qarşı addımlarını dəstəkləyən nümayiş keçirilib.[243]
  •  Çexiya — 2016-cı il 16 apreldə Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.[244]

Mədəniyyətdə

2017-ci il aprelin 6-da Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub.[245]

Azərbaycana qarşı informasiya təxribatı

Aprel döyüşləri zamanı bəzi Ermənistan, İran və Rusiya KİV-ləri Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayıb.[246][247] 2016-cı il aprelin 5-də Rusiyanın LifeNews telekanalının jurnalistləri, Azərbaycan ərazisində akkreditasiya olunmadan işlədiyinə görə ölkədən deportasiya olunub.[248]

Şərhlər

  1.  Türkiyə KİV-lərinin məlumatına əsasən 400 nəfər PKK-li Aprel döyüşlərində Ermənistan tərəfində vuruşub.[4][5][6][7][8][9]

İstinadlar

  1. ↑ Jump up to:1,0 1,1 1,2 (Iyul 2016) “The Nagorny Karabakh Conflict Defaulting to War“. The Royal Institute of International Affairs. İstifadə tarixi: 25 noyabr 2017.
  2. ↑ Jump up to:2,0 2,1 2,2 2,3 2,4 2,5 “Aprel zəfərinin il dönümüdür”. cebhe.info. Arxivləşdirilib: [1] saytından 25 noyabr 2017 tarixində. İstifadə tarixi: 25 noyabr 2017.
  3.  “Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib”. Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 18 may 2016. Arxivləşdirilib: [2]saytından 18 may 2016 tarixində.
  4.  “PKK’dan Ermenistan’a terörist desteği” (tr). www.yenisafak.com. Nisan 07, 2016. Arxivləşdirilib: [3] saytından 2016-04-21 tarixində. İstifadə tarixi: 2016-04-22.
  5.  “PKK’dan Ermenistan’a terörist desteği” (tr). www.sabah.com.tr. 2016-04-07. Arxivləşdirilib: [4]saytından 2016-04-21 tarixində. İstifadə tarixi: 2016-04-22.
  6.  “PKK’dan Ermenistan’a militan desteği” (tr). www.ulusalbulten.com. 2016-04-07. Arxivləşdirilib: [5] saytından 2016-04-21 tarixində. İstifadə tarixi: 2016-04-22.
  7.  “PKK’dan Ermenistan’a terörist desteği” (tr). www.star.com.tr. 2016-04-07. Arxivləşdirilib: [6]saytından 2016-04-21 tarixində. İstifadə tarixi: 2016-04-22.
  8.  “PKK’dan Ermenistan’a terörist desteği” (tr). www.polisiyebakis.com. 2016-04-07. Arxivləşdirilib: [7] saytından 2016-04-21 tarixində. İstifadə tarixi: 2016-04-22.
  9.  “Azerbaycan’a karsi … PKK’da yeni serok Sisliyan” (tr). www.turkishnews.com. Arxivləşdirilib: [8] saytından 2016-04-22 tarixində. İstifadə tarixi: 2016-04-22.
  10. ↑ Jump up to:10,0 10,1 10,2 “Azeri surgeon: Number of severely injured soldiers greatly tops the norm”PanARMENIAN.Net. İstifadə tarixi: 13 April 2016.
  11.  “Siyahı: 93 hərbçi şəhid olub, 6 mülki şəxs dünyasını dəyişib (YENİLƏNİR)”Meydan TV.
  12.  “Baku says Armenia’s military dictatorship threats values that civilized world stands for”AZERNEWS.
  13.  “18 Armenian, 12 Azerbaijani troops killed in fighting”. 2 April 2016.
  14.  “Минобороны Азербайджана назвало потери в боях”. İstifadə tarixi: 16 November 2016.
  15.  “Министерство Обороны Азербайджана признало факты скрытия погибших в Нагорном Карабахе.”FMG NEWS – Международная Служба Новостей. İstifadə tarixi: 22 April 2016.
  16.  “Azerbaijan kills over 320 Armenian occupants in April clashes”Trend.Az. 13 May 2016.
  17.  “Karabakh War Casualty Update: Armenia puts April death toll at 92”.
  18.  “ICRC: Fates of all reported missing in April hostilities in Karabakh clarified”. 21 April 2016. İstifadə tarixi: 22 April 2016.
  19.  “Скончался раненый в результате атаки азербайджанского дрона доброволец”. İstifadə tarixi: 21 April 2016.
  20.  “Armenian Soldier Succumbs to Wounds After Months of Treatment.”.
  21.  “Serj Tankian calls on supporting families of killed Armenian soldiers”.
  22. ↑ Jump up to:22,0 22,1 22,2 “2016: Ermənistanda əsas hadisələr nə oldu?”BBC. İstifadə tarixi: 25 noyabr 2017.
  23.  “Karabakh lost 800 ha of land that played no strategic role: Armenia (video)”PanARMENIAN.Net. 17 may 2016.
  24.  “Background Briefing on the Nagorno-Karabakh Conflict”ABŞ Dövlət Departamenti. 16 may 2016. Arxivləşdirilib: 17 May 2016 tarixində. Səhv: If you specify |archivedate=, you must also specify |archiveurl=. İstifadə tarixi: 20 may 2018.
  25.  “”2016-cı il Aprel döyüşləri: dərslər və nəticələr””. Humanitar Tədqiqatlar İctimai Birliyi. İstifadə tarixi: 25 noyabr 2017.
  26.  Farchy, Jack. “Russia senses opportunity in Nagorno-Karabakh conflict”. www.ft.com. İstifadə tarixi: 27 noyabr 2017.
  27.  “Aprel döyüşlərindən bir il sonra”. www.azadliq.org. İstifadə tarixi: 27 noyabr 2017.
  28.  “A frozen conflict explodes”. www.economist.com. İstifadə tarixi: 27 noyabr 2017.
  29.  “Russia slams Turkey’s ‘unacceptable’ stance on Karabakh clashes”. www.hurriyetdailynews.com. İstifadə tarixi: 27 noyabr 2017.
  30.  “Müdafiə Nazirliyi” (azərb.). www.mod.gov.az. 2 aprel 2016. Arxivləşdirilib: [9] saytından 4 aprel 2016 tarixində. İstifadə tarixi: 4 aprel 2016.
  31.  “Cəbhə bölgəsində vəziyyət gərgindir Read more: https://sputnik.az/azerbaijan/20160402/404405564.html”. sputnik.az. İstifadə tarixi: 27 noyabr 2017.
  32. ↑ Jump up to:32,0 32,1 “Düşmən iriçaplı pulemyotlardan da istifadə etməklə mövqelərimizi atəşə tutub”. www.1news.az. İstifadə tarixi: 27 noyabr 2017.
  33.  “Qarabağda ermənilərin pilotsuz uçuş aparatı məhv edildi”. www.interpress.az. İstifadə tarixi: 27 noyabr 2017.
  34.  “Cəbhədə gərgin vəziyyət qalmaqdadır”. www.amerikaninsesi.org. İstifadə tarixi: 27 noyabr 2017.
  35.  Sanchez, Raf. “‘Suicide drone’ used for first time in fighting between Azerbaijan and Armenia”. www.telegraph.co.uk. İstifadə tarixi: 27 noyabr 2017.
  36. ↑ Jump up to:36,0 36,1 “”Azerbaycan, Ermeni hedeflerini İsrail’in insansız hava araçlarıyla vurdu” iddiası”. www.hurriyet.com.tr. İstifadə tarixi: 27 noyabr 2017.
  37.  “Azərbaycan MN: Düşmənin Madagiz məntəqəsindəki hərbi bazasının qərargahı dəqiq zərbələrlə dağıdılıb Böyüt”. apa.az. İstifadə tarixi: 27 noyabr 2017.
  38.  “Azərbaycan: “Erməni dronu xüsusi üsulla endirilib””. www.azadliq.org. İstifadə tarixi: 27 noyabr 2017.
  39. ↑ Jump up to:39,0 39,1 “General-mayor: Düşmən tərəfindən sanitar tibb maşını atəşə tutulub”. az.trend.az. İstifadə tarixi: 27 noyabr 2017.
  40.  Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır
  41.  Məlumat. 5 aprel 2016 il
  42.  Düşmən Naxçıvanda atəşkəs rejimini pozub
  43.  (2017) Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş- lərinin rolu, 36.
  44.  “”Aprel döyüşlərində düşmənin 320 döyüşçüsü öldürüldü” – Vaqif Dərgahlı”. news.lent.az. İstifadə tarixi: 25 noyabr 2017.
  45.  “”Aprel döyüşlərində düşmənin 320 döyüşçüsü öldürüldü” – Vaqif Dərgahlı”. news.lent.az. İstifadə tarixi: 13 may 2016.
  46.  Kəmalə Məmmədova (ANSPress) (2016-05-13). “Aprel döyüşlərində ermənilərin 30-dək tankı, 320 döyüşçüsü məhv edildi” (az). www.anspress.com. Arxivləşdirilib: [10] saytından 2016-05-13 tarixində. İstifadə tarixi: 2016-05-13.

Orijinal mətn  (azərb.)  [gizlə]

Aprel döyüşlərində ermənilərin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda keçirilən dinləmələr zamanı bildirib.

Orijinal mətn  (rus.)  [gizlə]

Рядовой Кярам Кялалович Слоян, 20 лет. Призван в 2014 г. Панихида состоится 5 апреля в 18 часов. Похороны состоятся 6 апреля в селе Арташаван Арагацотнской области.

  1.  “В Мартуни простились с погибшим солдатом Владимиром Нариняном (фото)” (ru). hetq.am. 7 апреля, 2016. Arxivləşdirilib: [74] saytından 2016-04-12 tarixində. İstifadə tarixi: 2016-04-12.
  2. ↑ Jump up to:155,0 155,1 “Минобороны Армении обнародовало имена погибших в Карвачаре военнослужащих”(ru). newsarmenia.am. 06 Апреля 2016. Arxivləşdirilib: [75] saytından 2016-04-18 tarixində. İstifadə tarixi: 2016-04-18.
  3. ↑ Jump up to:156,0 156,1 “Арцрун Ованнисян: в Карвачаре погибли двое военнослужащих” (ru). hetq.am. 6 апреля, 2016. Arxivləşdirilib: [76] saytından 2016-04-19 tarixində. İstifadə tarixi: 2016-04-19.
  4. ↑ Jump up to:157,0 157,1 “Известны имена военнослужащих, погибших в Карвачаре” (ru). nyut.am. 6 Апрель, 2016. Arxivləşdirilib: [77] saytından 2016-04-19 tarixində. İstifadə tarixi: 2016-04-19.
  5. ↑ Jump up to:158,0 158,1 “Ведется служебное следствие в связи с гибелью двух военнослужащих в Карвачаре”(ru). armenpress.am. 6 Апрель, 2016. Arxivləşdirilib: [78] saytından 2016-04-19 tarixində. İstifadə tarixi: 2016-04-19.
  6.  “Погиб солдат Армии обороны Арцаха” (ru). times.am. 2016-04-15. Arxivləşdirilib: [79] saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-02.
  7.  “От пули противника в Карабахе погиб солдат Армии обороны” (ru). www.tert.am. 2016-04-15. Arxivləşdirilib: [80] saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-02.
  8.  “Погиб армянский военнослужащий” (ru). www.armtoday.info. 2016-04-19. Arxivləşdirilib: [81]saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-01.
  9.  “В результате выстрела противника погиб военнослужащий” (ru). www.a1plus.am. April 19,2016. Arxivləşdirilib: [82] saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-01.
  10.  “В результате обстрела с азербайджанской стороны погиб солдат Армии обороны НКР” (ru). news.am. 2016-04-19. Arxivləşdirilib: [83] saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-01.
  11.  “От действий азербайджанской стороны погиб военнослужащий АО НКР” (ru). armenpress.am. 27 Апрель, 2016. Arxivləşdirilib: [84] saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-02.
  12.  Марианна Мкртчян (27 апреля, 2016). “От пули противника погиб военнослужащий АО НКР” (ru). www.arminfo.am. Arxivləşdirilib: [85] saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-02.
  13. ↑ Jump up to:166,0 166,1 Александр Аванесов (30 апреля 2016). “В зоне боевых действия погибли два военнослужащих АО НКР” (ru). www.arminfo.am. Arxivləşdirilib: [86] saytından 2016-04-30 tarixində. İstifadə tarixi: 2016-04-30.
  14. ↑ Jump up to:167,0 167,1 “Погибли двое армянских военнослужащих” (ru). hayastannews.com. 30 Апр 2016. Arxivləşdirilib: [87] saytından 2016-04-30 tarixində. İstifadə tarixi: 2016-04-30.
  15.  “В больнице Степанакерта скончался раненый солдат” (ru). news.am. 2016-05-02. Arxivləşdirilib: [88] saytından 2016-05-02 tarixində. İstifadə tarixi: 2016-05-02.
  16.  “В госпитале Степанакерта скончался раненый военнослужащий Саркис Гаспарян” (ru). www.panorama.am. 2016-05-02. Arxivləşdirilib: [89]saytından 2016-05-02 tarixində. İstifadə tarixi: 2016-05-02.
  17.  Press Service of NKR Defense Ministry (2016-04-21). “Press–release” (en). nkrmil.am. Arxivləşdirilib: [90] saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-01.
  18.  “Погиб военнослужащий Армии Обороны НКР”(ru). aravot.am. Апрель 21 2016. Arxivləşdirilib: [91]saytından 2016-04-21 tarixində. İstifadə tarixi: 2016-05-01.
  19.  “Минобороны Армении сообщает о нарушении режима прекращения огня” (ru). sputnikarmenia.ru. 2016-05-01. Arxivləşdirilib: [92]saytından 2016-05-01 tarixində. İstifadə tarixi: 2016-05-01.
  20.  “Вследствие стрельбы ВС Азербайджана погиб военнослужащий Армии обороны НКР Армен Мартиросян” (ru). www.panorama.am. 2016-05-12. Arxivləşdirilib: [93] saytından 2016-05-12 tarixində. İstifadə tarixi: 2016-05-12.
  21.  “Погиб армянский военнослужащий” (ru). www.armtoday.info. 2016-05-12. Arxivləşdirilib: [94]saytından 2016-05-12 tarixində. İstifadə tarixi: 2016-05-12.
  22.  “Sarkisian, Aliyev Meet with Co-Chair Representatives; NKR Serviceman Killed on LoC”(en). armenianweekly.com. May 17, 2016. Arxivləşdirilib: [95] saytından 2016-05-19 tarixində. İstifadə tarixi: 2016-05-19.
  23.  “Вследствие стрельбы ВС Азербайджана погиб военнослужащий АО НКР Хачатур Арутюнян”(ru). www.panorama.am. 2016-05-17. Arxivləşdirilib: [96] saytından 2016-05-19 tarixində. İstifadə tarixi: 2016-05-19.
  24.  Արծրուն Հովհաննիսյան (2016-04-14). “Ցավում ենք և հպարտանում: Մասիս Միքայելի Թովմասյան” (am). www.facebook.com. Arxivləşdirilib: [97] saytından 2016-04-19 tarixində. İstifadə tarixi: 2016-04-19.
  25.  “Скончался раненый в результате атаки азербайджанского дрона доброволец” (ru). news.am. 2016-04-21. Arxivləşdirilib: [98] saytından 2016-04-21 tarixində. İstifadə tarixi: 2016-04-21.
  26.  “В больнице скончался получивший ранения армянский доброволец” (ru). voskanapat.info. 2016-04-21. Arxivləşdirilib: [99] saytından 2016-04-19 tarixində. İstifadə tarixi: 2016-04-19.
  27.  “Солдат оказался зажатым между буксирующим и буксируемым грузовиками” (ru). www.tert.am. 2016-04-12. Arxivləşdirilib: [100] saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  28.  “Армянский военнослужащий скончался в результате несчастного случая” (ru). analitik.am. 2016-04-12. Arxivləşdirilib: [101] saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  29.  Nana Martirosyan (2016-04-13). “Serviceman Garnik Avetisyan died in an accident” (en). www.arminfo.am. Arxivləşdirilib: [102] saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  30.  “Военнослужащий получил смертельное ранение в одной из воинских частей Армении” (ru). newsarmenia.am. 2016-04-13. Arxivləşdirilib: [103]saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  31.  “Обнаружен труп срочного военнослужащего”(ru). a1plus.am. 2016-04-13. Arxivləşdirilib: [104]saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  32.  “Следственный комитет выясняет обстоятельства гибели солдата” (ru). news.am. 2016-04-13. Arxivləşdirilib: [105] saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  33.  Нана Мартиросян (2016-04-14). “Погиб солдат- срочник Севак Хачатрян” (ru). arminfo.info. Arxivləşdirilib: [106] saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  34.  “Погиб армянский военнослужащий” (ru). www.versia.am. 2016-04-26. Arxivləşdirilib: [107]saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  35.  “Труп военнослужащего обнаружен в кузове грузовика — СК Армении” (ru). www.epress.am. 2016-04-26. Arxivləşdirilib: [108] saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  36.  “Погиб армянский военнослужащий” (ru). azatutyun.am. 2016-04-26. Arxivləşdirilib: [109]saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  37.  “Հայտնաբերվել է 2 զինծառայողի դի” (am). hraparak.am. Arxivləşdirilib: [110] saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  38.  “Двое военнослужащих погибли в Арцахе” (ru). araratnews.am. Май 4, 2016. Arxivləşdirilib: [111]saytından 2016-05-05 tarixində. İstifadə tarixi: 2016-05-05.
  39.  “İlham Əliyev: «Qeyri-neft sektorunda artım var»”. www.azadliq.org. İstifadə tarixi: 27 noyabr 2017.
  40.  Əhmədzadə, Tural. “Yeni Ermənistan-Azərbaycan sülh platforması işləyəcəkmi?”BBC. İstifadə tarixi: 25 noyabr 2017.
  41.  Kuchera, Joshua. “After “Four-Day War” Exposes Weaknesses, Heads Begin To Roll In Yerevan”. www.eurasianet.org. Arxivləşdirilib: [112] saytından 2 may 2016 tarixində. İstifadə tarixi: 2 may 2016.
  42.  “Avropa İttifaqı tərəfləri sülhə çağırır” (az). 2 Aprel 2016-cı il. İstifadə tarixi: 4 aprel 2016.
  43.  “ABŞ, BMT, Fransa və İrandan Qarabağda toqquşmalarla bağlı açıqlama…” (az). 2 Aprel 2016-cı il. İstifadə tarixi: 4 aprel 2016.
  44.  “PACE President calls for respect of cease fire in Nagorno-Karabakh” (English). PACE. 3 April 2016. İstifadə tarixi: 3 April 2016.
  45.  “Dozens Of Casualties Reported As Fighting Erupts In Armenia-Azerbaijan Region” (en). 2 Aprel 2016-cı il. İstifadə tarixi: 4 aprel 2016.
  46.  Sarp Özer (2 aprel 2016). “Erdoğan’dan Aliyev’e taziye telefonu” (türk). http://aa.com.tr/. Anadolu agentliyi. Arxivləşdirilib: [113] saytından 3 aprel 2016 tarixində. İstifadə tarixi: 3 aprel 2016.
  47.  Sarp Özer (2 aprel 2016). “Cumhurbaşkanı Erdoğan: Minsk Üçlüsü’nün zaafları durumu bu noktaya taşımış oldu” (türk). http://aa.com.tr/. Anadolu agentliyi. İstifadə tarixi: 3 aprel 2016.
  48.  “Pakistan always stands by Azerbaijan, says high-ranking official” (English). azernews.az. 4 April 2016. İstifadə tarixi: 5 April 2016.
  49.  “Türkiyə və Azərbaycanın Müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər” (azərb.). Milli.az xəbər portalı. 4 aprel 2016. İstifadə tarixi: 4 aprel 2016.
  50.  “Qazaxıstan XİN Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama yayıb” (az). 4 Aprel 2016-cı il. İstifadə tarixi: 4 aprel 2016.
  51.  “Müdafiə Nazirliyi” (azərb.). www.mod.gov.az. 3 aprel 2016. Arxivləşdirilib: [114] saytından 4 aprel 2016 tarixində. İstifadə tarixi: 4 aprel 2016.
  52.  Позиція України щодо підтримки суверенітету та територіальної цілісності Азербайджану незмінна – телефона розмова Президентів двох держав – Ukrayna Prezidentin saytı (ukr.)
  53.  “Заявление Министерства иностранных дел Республики Беларусь в связи с событиями вокруг Нагорного Карабаха” (ru). mfa.gov.by. 2016-04-02. Arxivləşdirilib: [115] saytından 2016-04-11 tarixində. İstifadə tarixi: 2016-04-11.
  54.  “Тимур, который подвел свою команду и страну – МНЕНИЕ”. ru.oxu.az. İstifadə tarixi: 25 noyabr 2017.
  55.  “Türkiyənin iki məşhur insanından Azərbaycana DƏSTƏK”. ucnoqta.az. İstifadə tarixi: 25 noyabr 2017.
  56.  “Turkish celebrities express support for White House petition to stop Karabakh occupation Zoom”. apa.news. İstifadə tarixi: 25 noyabr 2017.
  57.  “Kim Kardashian blasted by Azerbaijani ambassador after posting about conflict”. www.mirror.co.uk. İstifadə tarixi: 25 noyabr 2017.
  58.  Lomsadze, Giorgi. “Information War Rages over Karabakh”. Arxivləşdirilib: [116] saytından 12 aprel 2016 tarixində. İstifadə tarixi: 12 aprel 2016.
  59.  “Ermənini məğlub edən idmançımız qələbəni – Şəhidlərə həsr etdi”. www.qafqazinfo.az. Arxivləşdirilib: [117] saytından 16 aprel 2016 tarixində. İstifadə tarixi: 16 aprel 2016.
  60.  “Şəhid oğlu qol vurdu, əsgər salamı verdi”. www.anspress.com. Arxivləşdirilib: [118] saytından 16 aprel 2016 tarixində. İstifadə tarixi: 16 aprel 2016.
  61.  “Bakıda avtomobillərin izdihamlı bayraq yürüşü – VİDEO”. oxu.az. Arxivləşdirilib: [119] saytından 16 aprel 2016 tarixində. İstifadə tarixi: 16 aprel 2016.
  62.  “Bakıda gənclər ordumuza dəstək yürüşü keçiriblər”. www.olke.az. Arxivləşdirilib: [120]saytından 16 aprel 2016 tarixində. İstifadə tarixi: 16 aprel 2016.
  63. ↑ Jump up to:216,0 216,1 “Bakıda gənclər “Qarabağ bizimdir” şüarı ilə aksiya keçirib”BBC. İstifadə tarixi: 22 aprel 2016.
  64.  “Masallıda “Qarabağ bizimdir, bizim olacaq!” devizi ilə Milli Orduya dəstək aksiyası keçirilib”. azertag.az. İstifadə tarixi: 22 aprel 2016.
  65.  “ABŞ-da yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında aksiya keçirib”. report.az. İstifadə tarixi: 16 aprel 2016.
  66.  “ABŞ-ın Çikaqo şəhərində Qarabağa dəstək yürüşü”. oguzeli.info. İstifadə tarixi: 16 aprel 2016.
  67.  “Avstraliyada yaşayan azərbaycanlılar aksiya keçiriblər”. www.aktual.az. İstifadə tarixi: 16 aprel 2016.
  68.  “Azərbaycanlılar Ermənistan prezidentinin yolunu kəsdilər”. az.baku.ws. İstifadə tarixi: 16 aprel 2016.
  69.  “Azərbaycanlı fəallar Almaniyada etiraz aksiyası keçirəcək”. www.azadliq.info. İstifadə tarixi: 22 aprel 2016.
  70.  “Ukraynada yaşayan azərbaycanlılar orduya dəstək aksiyası”. www.mia.az. İstifadə tarixi: 16 aprel 2016.
  71.  “Azərbaycanlı gənclər İtaliyada Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildiriblər”. www.1news.az. İstifadə tarixi: 16 aprel 2016.
  72.  “AZƏRBAYCANLI MÜĞƏNNİ İTALİYADA ƏSGƏRLƏRİMİZƏ DƏSTƏK OLDU”. www.primetime.az. İstifadə tarixi: 16 aprel 2016.
  73.  “Riqada azərbaycanlı tələbələr orduya dəstək aksiyası keçiriblər”. uluyol.info. İstifadə tarixi: 16 aprel 2016.
  74.  “Litvada “Qarabağ Azərbaycana məxsusdur” şüarı ilə aksiya keçirilib”. azertag.az. İstifadə tarixi: 22 aprel 2016.
  75. ↑ Jump up to:228,0 228,1 228,2 “Ermənistanın Hollandiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib”. report.az. İstifadə tarixi: 16 aprel 2016.
  76.  “Danimarkada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib”. www.islaminsesi.org. İstifadə tarixi: 16 aprel 2016.
  77.  “İSTANBULDA TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR QARABAĞA DƏSTƏK AKSİYASI KEÇİRİB”. www.sherg.az. İstifadə tarixi: 16 aprel 2016.
  78.  “Türkiyədə təhsil alan azərbaycanlı tələbələr aksiya keçirib”. arqument.az. İstifadə tarixi: 16 aprel 2016.
  79.  “Dərbənddə azərbaycanlılar milli ordumuza dəstək aksiyası keçiriblər.”. www.butov.az. İstifadə tarixi: 16 aprel 2016.
  80.  “Sankt-Peterburqda Azərbaycana dəstək aksiyası”. az.trend.az. İstifadə tarixi: 22 aprel 2016.
  81.  “Gürcüstanın Qori rayonunda yaşayan azərbaycanlılar Qarabağa dəstək aksiyası keçirib”. report.az. İstifadə tarixi: 16 aprel 2016.
  82.  “İsveçdə yaşayan azərbaycanlılar erməni təxribatlarına qarşı etiraz aksiyası keçiriblər”. azertag.az. İstifadə tarixi: 16 aprel 2016.
  83. ↑ Jump up to:236,0 236,1 236,2 “Ermənilər Parisdə azərbaycanlılara hücum etdi: saxlanılanlar var”. az.baku.ws. İstifadə tarixi: 16 aprel 2016.
  84.  “Koreyada yaşayan azərbaycanlılar ermənistanın işğalçı siyasətinə etdi”. oguzeli.info. İstifadə tarixi: 16 aprel 2016.
  85. ↑ Jump up to:238,0 238,1 238,2 “Londonda böyük Qarabağ aksiyası”. baku.ws. İstifadə tarixi: 16 aprel 2016.
  86.  “Şotlandiyada Azərbaycan mədəniyyət gecəsi keçiriləcək”. report.az. Arxivləşdirilib: [121]saytından 17 aprel 2016 tarixində. İstifadə tarixi: 17 aprel 2016.
  87.  “Polşada yaşayan azərbaycanlılar Ermənistan səfirliyi önündə aksiya keçirdi”. 525.az. İstifadə tarixi: 16 aprel 2016.
  88.  “Ermənistanın Belçikadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib”. report.az. İstifadə tarixi: 16 aprel 2016.
  89.  “Azərbaycanlılar böyük aksiya keçirdi”. www.qafqazinfo.az. İstifadə tarixi: 16 aprel 2016.
  90.  “İsraildə Ermənistan əleyhinə aksiya keçirildi”. dunyaxeber.com. İstifadə tarixi: 16 aprel 2016.
  91.  “Praqada Qarabağ aksiyası”. www.azetimes.com. İstifadə tarixi: 22 aprel 2016.
  92.  “Füzulidə “Aprel şəhidlərinə xatirə” abidəsi açılıb”. mod.gov.az. İstifadə tarixi: 27 noyabr 2017.
  93.  “Nagorno-Karabakh: Who Won the Media War?”. www.eurasianet.org. İstifadə tarixi: 25 noyabr 2017.
  94.  “Нагорный Карабах: кто выиграл информационную войну?”. inosmi.ru. İstifadə tarixi: 25 noyabr 2017.
  95.  “The rise and fall of LifeNews”. news.az. İstifadə tarixi: 25 noyabr 2017.

Xarici keçidlər[redaktə | əsas redaktə]

Commons-logo.svg

   

Vikianbarda Aprel döyüşləri ilə əlaqəli mediafayllar var.

Cənubi Azərbaycan

Cənubi Azərbaycan

Cənubi Azərbaycan,— İranın şimal-qərbində tarixi bölgə. Əsasən Azərbaycan türkləri yaşayır.

Coğrafiyası

Sərhədləri

Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayıMuğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir. Göstərilən sərhədlər çərçivəsində Cənubi Azərbaycan ərazisi şərqdən qərbə eni 375 km-dir. Əlverişli coğrafi mövgeyə malikdir. İstər şimal-cənub istərsə şərq-qərb istiqamətində keçən dəmir və avtomobil yollarının üzərində yerləşir. Cənubi Azərbaycanın ərazisi təqribi olaraq 86,6 min km²(?) olaraq qiymətləndirilir. Qərb sərhədlərindən Zaqroz dağ silsiləsi su ayrıcı funksiyası rolunu oynayır. Gilan ostanı ilə onun arasında Boqrov silsiləsi keçir. Urmiya, Zəncan və Təbriz şəhərləri əsas inzibati mərkəz rolunu oynayır. 1992-ci ildə Şərqi Azərbaycan ostanlığı iki ostanlığa bölünmüşdür. Bu bölgüyə baxmayaraq yenə də Zəncan ostanı ərazisində türklərin sayı üstünlük təşkil edir. 1954-ci ildə Şərqi Azərbaycan ostanlığına daxil olan Astara və ona daxil olan kəndlər Gilan ostanına birləşdirilmişdir.

Relyefi

Cənubi Azərbaycan əsasən dağlıq ölkədir. Yüksəkliyi 200 metrə qədər olan düzənliklər yalnız onun şimal-şərqində (Muğan düzünün cənub-qərbində) yerləşir. Qalan ərazilər isə dağ silsilələrindən və onların arasında yerləşən geniş dağ çökəkliklərindən, qalxanvari vulkan massivlərindən ibarətdir. Cənubi Azərbaycanın qərb sərhədləri boyunca uzanan Kürdüstan dağları mürəkkəb geoloji və tektonik quruluşa malikdir. Burada qədim kristalik və metomorfik suxurlar geniş yayılmışdır. Dağlar tektonik qırılmalarla ayı-ayı massivlərə parçalanmışdır. Onların hündürlüyü 3500-3600 metrə çatır. Şərqdəki Talış və Boqrov dağ silsilələri əsasən Paleogenin və Mezazoyun çökmə və vulkanik suxurlardan ibarətdir. Bu dağların hündürlüyü 2500–3800 m-ə qədərdir. Daxili hissənin şimal tərəfində (Marağa-Miyanə xətdinin şimalı) dağlar əsasən enlik istiqamətinə uzanmaqla, qısa silsilələrdən ibarətdir. Ərazidə vulkan məşhəlli dağlarda az deyil. Bunlardan diqqəti cəlb edən Ərdəbil yaylası üzərində ucalan, zirvəsi həmişə qar və buzla örtülü olan Savalan dağı (4821 m) və Təbrizdən cənubda yerləşən Səhənd (3722 m) dağlarıdır. Ölkənin cənub hissəsindəki dağların istiqaməti şimal-qərbdən cənub-şərədir. Onların quruluşunda Mezazoyun və Kaynazoyun vulkanik, metamorfik suxurları əsas rol oynayır. Burada mütləq yüksəkliyi 2700-3300 metrə çatan Zəncan, Rüştan, Qəfədan və s dağlar vardır. Cənubi Azərbaycanın relyefində dağarası çökəkliklər xüsusi yer tutur. Ərazinin şimal-qərbində Arazyanı (Arazbasar), şimal-şərqində Cənubi Muğan düzənlikləri yerləşir. Qərbdə Urmiya, mərkəzi hissədə Ərdəbil və Miyanə çökəklikləri vardır. Qızılüzən və Zəncan çayları boyunca uzanan dağarası düzənliklər isə cənubda relyefin böyük formalarındandır. Dağarası çökək və yaylaların əksəriyyəti Kaynazoyun dəniz, göl və dördüncü dövrün kontinental çöküntü laylarından (gil, qum, çınqıl və s.) təşkil olunub. Əhali əsasən bu geniş dağarası çökəklərdə və dağ çaylarının dərəlırində məskunlaşmışdır. Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin əksəriyyətində relyefin bu formaları ilə bağlıdır. Cənubi Azərbaycanın ən böyük şəhərlərindən olan TəbrizƏrdəbilZəncanXoyMiyanə və s. dağ arası çökəkliklərdə yerləşir.

İqlimi

Cənubi Azərbaycan subtropik qurşağın kontinental bölgəsində yerləşir. Onun hər tərəfi dağlarla əhatələndiyindən hava kütlələri daxili hissələrə gəlib çata bilmir. Bu səbəbdən ərazidə quru kontinental iqlim hakimdir. Dağarası çökəkliklərdə Xəzər dənizi və qərb istiqamətdən gələn rütübətli hava kütlələrinin qarşısında ucalan kənar dağ silsilələrinin yamaclaında 800–1000 mm-dən artıq (1700 m-ə qədər) yağıntı düşür. Daxili çökəkliklərdə yağıntının miqdarı 200–400 mm arasında dəyişir. Daxili dağların qərb və şimal yamaclarında illik yağıntı 500–600 mm təşkil edir. Yağıntının ən çox düşdüyü dövr dekabr və aprel ayları ərzində düşür. Dağarası çökəkliklərdə yanvar ayının orta temperaturu -20, -30°S arasında olur. Yayda isə temperatur 38-45°S-yə qədər qızır.

Daxili suları

Cənubi Azərbaycanda çay şəbəkəsi o qədərdə inkişaf etməmişdir. Çayların çoxu az suludur. Çayların çoxu (kiçik çayları) quruyur. Çayları əsasən ya daxili hövzəyə (Urmiya gölünə) ya da Araz və Qızılüzən hövzəsinə aiddir. Bu iki iri çayda öz növbəsində Xəzər dənizinə tökülür. Araz çayının ən iri sağ qolları Cənubi Azərbaycan ərazisindən axan Qoturçay, Qarasu və Qırmızıçay çalarıdır. Qarasu çayı bütün şərq hissənin (Savalan dağı və Ərdəbil çökəkliyi) sularını yığır. Cənubi Azərbaycanın cənubundan axan və ümumən ölkənin (Cənubi Azərbaycan) ən gursulu çayıdır. Quraq iqlim səbəbindən çaylar suvarma, sənaye və içməli suya olan təlabatın ödənilməsində geniş istifadə edilir. Bəzən ifrat şəkildə su anbarlarının inşası çayları tamamən qurudur. Cənubi Azərbaycanın ən böyük gölü Urmiya gölüdür. Gölün səviyəsi təətdütlüdür. Yağışlar zamanı suyunun səviyyəsi artır. Əvvəllər hətta ətraf düzənlilləri basırdı. Gölün sahəsi əvvəllər 5,8 min km² təşkil edirdi. Göl dəniz səviyəsindən 1275 m yüksəklikdə yerləşirdi. Dərinlik 16 metr təşkil etsədə hazırda azdır. Vaxtı ilə gəmiçilikdə istifadə edilirdi. Suyun duzluğu 220-280 ‰ yüksək olur. Digər iri gölü Ağ-göldür. Göl Arazqırağı düzənlikdə yerləşir. Savalan dağının vulkan kraterində gözəl vulkan məşəlli göl vardır. Qış ayları göl donur.

Bitkilər aləmi

Yabanı bitkilər aləmi baxınından elədə zəngin deyildir. Geniş ərazilərdə yarımsəhra, quruçöl, dağ çöl və dağ çəmən bitkiləri yayılmışdır. Meşələrə kiçik talalar şəklində (əsasən qərb sərhəd dağlarında) rast gəlinir. Arid seyrək kollar dağ yamaclarında xüsusi ilə cənub-qərbdə və Zəncan dağlarının şimal yamaclarında yayılmışdır. Dağarası çökəkliklərdə yovşan-efemerli (birillik) yarımsəhralar, mütəlif otlu çöllər və quru çöllər geniş yer tutur.

Bölgü

Cənubi Azərbaycan əhalisinin sayı baxımından dünyada azərbaycanlıların ən kompakt yaşadığı bölgə sayılır.

Necəki biz izah edirdik, Türkmanlar ölkəsi nə İran dövlətinin əyaləti deyil, nə də onun şəhərlərindən biri deyil, buna görə biz onun haqqında əyalət kimi danışmırdıq. Lakin onlar başqa İran xanədanı xalqları arasında çox böyük əhəmiyətə malikdirlər, çünki onlar ən igid xalqdırlar və yetərincə çoxsaylıdırlar.

— Oruc bəy Bayatın “Don Juan” kitabı . Bakı. Yazıcı . 1988 səh. 118

Cənubi Azərbaycan İranın inzibati bölgüsündə əsasən aşağıdakı ostanlardan ibarətdir:

Cənub Azərbaycan əhalisi əsasən azərbaycanlılardan ibarətdir.[7][8]

Nəqliyyat

Əsas nəqliyyat sahələri avtomobil, dəmiryol və boru nəqliyyatı geniş yayılmışdır. Bununla belə avtomobil nəqliyyatı aparıcıdır. Dəmir yolu Çulfa-Təbriz-Tehran istiqamətlidir. Digər ərazilərdə bu nəqliyyatın inkişaf etdirilməsi ya əlverişsiz şəraitdən ya da maliyyənin çoxluğu səbəbindən inkişaf etdirilməmişdir. Bu xətt 1916-cı ildə Rusiya imperiyası tərəfindən həyata keçirilmişdir. Hal-hazırda bu dəmir yolu Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən və Mehri ərazisindən keçən dəmir yolun ermənilər tərəfindən söküləsindən peresoektivsizdir. İran hazırda Ermənistan ərazisindən keçməklə Qara dənizə çıxmaq məqsədi ilə Çulfadan Mehri istiqamətində dəmir yolu tipintisini planlaşdırır. Əsas avtomagistralları isə Çulfa-Təbriz-Tehran və Astara-Ərdəbil-Təbriz yollarıdır. Boru nəqliyyatı son zamanlar inkişaf etmişdir. Buradan Naxçıvana qaz verilişi həyata keçirilirdi. Son zamanlar isə Türkiyə və Ermənistan istiqmətində boru kəmərlərinin çəkilişi planlaşdırılır.

Hava yolları

ATA Hava Yolları Təbrizdə fəaliyyət göstərən hava yolları şirkətidir. Şirkət Yaxın Şərqə, o cümlədən Avropaya müntəzəm uçuşlar həyata keçirir.

Cənubi Azərbaycanın sərnişin və yükdaşıma xidmətli hava limanları:

Sıra Liman Şəhər Əyalət
1 Təbriz Beynəlxalq Hava Limanı Təbriz Şərqi Azərbaycan ostanı
2 Urmiya Hava Limanı Urmiya Qərbi Azərbaycan ostanı
3 Ərdəbil Hava Limanı Ərdəbil Ərdəbil ostanı
4 Zəncan Hava Limanı Zəncan Zəncan ostanı
5 Səhənd Hava Limanı Bunab Şərqi Azərbaycan ostanı
6 Xuvey Hava Limanı Xuvey Qərbi Azərbaycan ostanı
7 Muğan Hava Limanı Parsaabad Ərdəbil ostanı

Dəmiryolu

İlk Təbriz dəmiryolu stansiyası 1917-ci ildə istifadəyə verilmişdir. Hazırki tikinti ikinci Pəhləvi hökmranlığı dövründə memar Heydər Ğayçamlı tərəfindən inşa olunmuşdur. İlk qatar vaqonları Rusiyadan gətirilmişdir.

Dəmiryolu stansiyası Azərbaycan Respublikası ərazisində yerləşən Culfa rayonunun Cənubi Azərbaycana düşən payından başlanır.

Metr

Əsrarəngiz Meşkinşəhr Birləşdirici Körpü

Faydalı qazıntıları

Cənubi Azərbaycanda əsasən Təbriz yaxınlığında alüminiumgümüş, qurğuşum, daş kömür, Qaradağda dəmir filizi, Zəncanda mis və mobilden yataqları vardır. Ərazilər müxtəlif tikinti materalları ilə zəngindir. Savalan ətrafında və bir sıra başqa yerlərdə müalicə əməmiyyətli mineral isti sular var.

İqtisadiyyat

İqtisadiyyatı əsasən kənd təsərrüfatının müxtəlif sahələri, ilkin emal sahələri və bir qədərdə maşınqayırma sahələrindən ibarətdir. İri şəhərlər arasında müəyyən fərqlər vardır. Sənaye sahələri də məhz bu şəhərlərdə cəmləşmişdir. Təbriz bu baxımdan seçilir. Şəhərdə maşınqayırma, neft emalı, yüngül, yeyinti, metal emalı, şüşə istehsalı və d. sənaye sahələri vardır. Şəhərdə radioquraşdırma zavodu fəaliyyət göstərir. Burada Rumıniyanın köməyi ilə maşınqayırma zavodları tikilmişdir.

Ağır sənaye

Ağır sənaye 1960-cı illərin ortaları yaradılmışdır. Maşınqayırma, mühərrikqayırma, poladtökmə və dəmirpresləmə mövcuddur. Burada kənd təsərrüfatı texnikalarının istehsalı həyata keçirilir. Urmiya isə şəkər, yağ, xalça və dəri məmulatları istehsalı ilə seçilir. Yeyinti sənayesinin müasir tipli müəssisələri vardır. Kustar sənətkalığın nümunələrinə rast gəlinir.

  • İran Traktorqayırma Şirkəti Təbriz şəhərində fəaliyyət göstərən traxtor istehsalatlı sənaye manufakturasıdır. Hazırda şirkət 13 adda məhsulunu onlarla ölkəyə idxal etməklə məşğuldur. Ölkənin ağır sənayesinin əsas gəlir gətirən mənbəyi hesab olunur. Məhsulları beynəlxalq miqyasda ISO-9000 sertifikatı ilə təltif olunmuş, bir sıra keyfiyyət göstəriciləri və mükafatlar qazanmışdır.
  • GoldStone Plastik Məmulatları Ərdəbildə fəaliyyət göstərən sintetik-kauçuk istehsalı ilə məşğul olan kommersiya şirkətidir. Avtomobil, təyyarə və digər mühərrikli vasitələr üçün keyfiyyətli təkər rezinləri dünya standardlarına cavab verən brend hesab olunur.
  • MST müxtəlif növ tikinti alətləri və avadanlıqlarının istehsalı ilə məşğul olmaqdadır.
  • Rəxş Xudro Dizel yükdaşıma maşınlarının istehsalatı ilə məşğul olan müəssisədir. 2005-ci ildən etibarən fəaliyyət göstərir.

Kənd Təsərrüfatı

Kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıqdır. Əkinçilik süni suvarmaya əsaslanır. Dənli və paxlalı bitkilərdən buğda, arpa, çəltik, novud və s. əkilir. Texniki bitkilərdən isə şəkər çuğunduru, kətan, tütün, pambıq, yağlı bitkilərdən günəbaxan, soya və s. yetişdirilir. Bağçılıq, üzümçülük, subtropik meyvəçilik inkişaf etmişdir. Badam, kişmiş ixracat əhəmiyyətlidir. Əhali bostançılıq və tərəvəzçiliklədə məşğul olur. Düzən ərazilərdə camış, dəvə, dağlarda qoyun, arı, at və barama yetişdirilir.

Qida Sənayesi

İranın qida idxalı sənayesinin 50%-dən çoxu Cənubi Azərbaycanın payına düşür.[10] Təbrizdə əsas qida manufakturaları Şirin ƏsəlAydınŞənizƏnatəBərəkət və Çiçəkmüəsissələridir.[11] Təbrizdən kənarda da Xürrəmdarə kimi önəmli sənaye istehsalat müəsissələri mövcuddur.[12]

Tarixi

Antik dövr

Miladdan 4-min il öncədən başlayaraq, Orta Asiyadan Dərbənd və Daryal keçidlərilə yaxın şərqə el axınları olmuş və bu axınlar Azərbaycan(Şimali və cənubi), Zaqros(زاگرسDağşərqi və qərbi ətəkləri və ümumiyyətlə İranın qərb ərazisindən keçərkən,onların bəlli el, tayfa və qollarından, əsas toplumlarından ayrılaraq, bu yerlərin müxtəlif yerlərində yurd salaraq qalmışlar.

Şumer, ilam axınları kimi tarixə məlum önəmli el axınlarından əlavə, çox ehtimal başqa axınlar və xüsusilə kiçik el, qəbilə və obalarda həmin yol ilə orta asiyadan gəlib, həmin yaxın şərq məntəqələrində yurd salıb qalmış, soydaşları yerli əhaliyə qarışaraq, xalqlar şəklində mədəniyyət və hakimiyyət qurmuşlar.

Həmin yaxın şərq məntəqəsinin şimaldan mərkəzində yerləşən Azərbaycan (şimali və cənubi), Həmədan (همدان),Qum(قم),Qəzvin(قزوين),Zəncan(زنجان),Təxti Süleyman (تخت سليمان) araları yerləridə bu müxtəlif iltisaqi dilli ellər, soylar və qəbilələrin yurd salaraq qaldığı yerlər olmuşdur.

Bu gələn köçərilər etnik baxımından yaxın olmuş yerli əhali ilə qarışıb KutiLulubiHurri,Manna,Matiyin,Kassilər,urartu,Saspir,Kaspilər,Alban,Məskut,salk,İşğur… toplumları və kütlələrini yaratmışlar ki, onların bəzi si zaman keçib Artdıqca, yaşadıqları ərazidə bəlli mədəniyyət və hakimiyyət qurmuşlar.

Bilavasitə Azərbaycan ərazisi və oranın cənub və cənub şərqində yerləşən Həmədan torpaqlarında M.ö 3-min illikdə formalaşan və tarixdə tanınmış ilk xalqlar Kuti və Lulubilərolmuşlar. qutti və lullubi xalqları şimaldan kaspilər,şimal qərbdən hurrilər və mannalar, cənub və cənub qərbdə kassilər və onların vasitəsi ilə və bilavasitə ilamlarla əlaqədə olmuş və onların, habelə Şumer və Akkadlarin qurduğu mədəniyyətlə tanış olaraq onlardan etgilənmişlər.

Kuti-Lulubilər bu gün İran türklərinin yaşadığı bitişik ərazinin ən cənub bölgəsində, həmədan-əsədabad, qum, qəzvin, zəncan ,marağa, təxti sülyman arasındaki ərazidə və azərbaycanda yaşamışlar.demək, göstərdiyimiz bu ərazini əhalisinin bu gun Türk olması olduqca qədim tarixə malikdir, daha doğrusu bu yerlərin sakinləri tarixə məlum ilk çağlardan iltisaqi dilli- əski türk, olmuş, həmdə azərbaycan və həmədan ərazisində ilk mədəniyyət qurmuşlar.

Bu mədəniyyət hind-avropalı xalqların məntəqəmizə gəlməsindən təqribən 1500-2000 il öncə olmuşdur.[13]

Sasanilər İmperiyası dövründə Cənubi Azərbaycan

224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226-241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Cənubi Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi. Zəifləmiş Kuşan dövlətinin torpaqları hesabına öz ərazisini şərqə tərəf daha da genişləndirmişdi. Roma ilə şahənşah I Şapur (242-272) arasında Mesopotomiya və Ermənistan uğrunda şiddətli mübarizə Romanın məğlubiyyəti ilə bitmişdi.

Sasanilər sülaləsinin hakimiyyət dövründə rəsmi və qeyri-rəsmi dövlət dili iran kökənli pəhləvi dili idi. O dönəmlər bölgədə yaşayan qədim türkdilli xalqların yazı mədəniyyəti inkişaf etməmişdi. Bu səbəbdən qədim türkçə variantları əsasən şifahi formada inkişaf edirdi.

Orta Əsrlər Dövrü

Ərəb istilası

Azərbaycan Xəzər dənizinin quzeyində Araz və Kür çayları Azərbaycan sınırları içində bəllidir. Azərbaycan bab ul-əlbaba can uzanıyıb (İbni Hüqəl 977)

İdrisinin çəkdiyi xəritə (1154), Azərbaycan sınırları Xəzər dənizinin qərb tərəfində bəllidir

Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycanərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.

Ərəblərin Sasanilər imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nahəvənd döyüşündən bilavasitə sonra ərəblər HəmədanRey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər.

Xürrəmilər hərəkatı

Əsas məqalə: Xürrəmilər hərəkatı

Xürrəmilər hərəkatına rəhbərlik etmiş böyük Azərbaycan sərkərdəsi Babəkin portreti

Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə həmin ölkənin ərazisində başlamış ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatıdır. Xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir[14].

Üsyanın başında “Əbd əl-Qəhhar adlı birisinin” durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülküsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların “[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!” şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları “qırmızı geyinmişlər” əvəzinə, “xürrəmdinilərlə birləşmiş” “qırmızı bayraq (sorxələm) batinilər” adlandırır.

Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın “Harun ər-Rəşidin Xorasandaolduğu vaxta” təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahanReyHəmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış[15], hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, “saysız adam öldürülmüş“, çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.

Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.

816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babəkhərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.

Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş[16][17].

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi[18][19][20]. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816-cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddanuzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərinin verdiyi məlumata görə, “Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi”[21]. iki ərəb tarixçisi – Bağdadi və Məsudi onun haqqında eyni fikri ifadə edir:

“O, Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı. Orada onun tərəfdarlarının sayı artdı”

— Əl-Bağdadi, səh. 251; əl-Məsudi. Tənbeh, səh. 352.

Əbu Dulaf qeyd edir ki, Bəzzdə “əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır”[22].

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi[23]. Ət-Təbəri deyir ki, Bəzz “Babəkin vilayəti və şəhəri idi”[24][25].

Əl-Məsudi yazır:

Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldırmışdı.”

— Əl-Məsudi, BGA, VIII, səh. 353

Məsudinin əsərində deyilir ki, “Babəkin ölkəsi Bəzzeyn – AzərbaycanArran və Beyləqandadır”, Bəzzeyndə Arranda, “Babəkin ölkəsində” olan dağdır[26].

Yaquta Həməvi yazır:

“Bəzz – Azərbaycanla Arran arasında bir vilayətdir”

— ƏI-Yaqut, I, səh, 529.

Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər[27]. Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl “xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər”[28].

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:

“Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get”

— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158.

833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi[29]. və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.

Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə CibaldaHəmədanİsfahanMasabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si – noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i – dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [[[833]]-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda

60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar[30].

M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: “Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi”[31].

İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; “onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular”[32].

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu[33] 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə – gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı[34][35][36].

835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı[37][38]. Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki “karvanda olanların hamısını məhv edirdilər”. Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, “cismən və ruhən məğlub olurdu”[39][40].

836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi[41][42]. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər[43][44][45]. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin “Babək ilə gizli qəsd düzəltmişdi”. Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə “belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi”[46][47]. Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra “xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi”[48].

Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində AfşinBabək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin “Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: “Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç” lakin o uzaqlaşdı”[48].

Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: “Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim”[49].

Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı[50]. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. “Bircə ev, bircə qala salamat qalmadı – o, hər birini yandırdı və ya dağıtdı”[50]. Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular[51][52][53]. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü[54].

Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir[55].

Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər.

Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, ŞizMəyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı.[56][57].

Nihavənd döyüşündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin işğalı hələ tam başa çatmamış, xəlifə Ömərin (634644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn Farkadın başçılıq etdikləri qoşun dəstələri Azərbaycan sərhədlərini keçdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür.

Rey yanındakı döyüşlərin ərəblər üçün müvəffəqiyyətlə başa çatdırılması, xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən İsfəndiyarın qardaşı Bəhramın başçılığı altında təşkil olunmuş yeni qoşun Utba ibn Farkadın dəstəsinə hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram qaçır. Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı İsfəndiyar isə bu hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə Azərbaycan əhalisi “imkanları daxilində” can vergisi-cizyə ödəməli idi; “qadınlar və uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç nəyi olmayan zahidlər” bu vergidən azad olunurdular.

Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, “onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlarına, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman” verməyi öz üzərinə götürürdü.

Bəlazuri isə yazır ki, “hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu müqaviləyə görə mərzban “800 min dirhəm verməyi öhdəsinə götürdü” ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar”[58][59]. Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. Lakin ərəb qoşunları Azərbaycandan gedəndən sonra ölkənin əhalisi hicri 24 (644645)-cü ildə üsyan qaldırıb, “müsəlmanların onlarla bağladıqları sülh şərtlərinə əməl etməkdən boyun qaçırdılar”.[60][61]

Abbasilər xilafəti dövründə Cənubi Azərbaycan

Əməvilər xilafətinin çöküşündən sonra hakimiyyətə gələn Abbasilər sülaləsi dövründə yeni qanunlar qüvvəyə mindi. Bir neçə adda yeni vergilərin tərtib olunması, işğalçılıq fəaliyyətini geniş vüsət alması yerli xalqın müqavimət əzmini qırırdı. Bu dövrdə Cənubi Azərbaycan sakinləri də xeyli zülm çəkmişlər. Torpaqların mühüm hissəsi formal olaraq dövlətin mülkiyəti hesab olunurdu. Bunun əsasında xəzinə əkinçilərdən torpaqdan və, dövlətin suvarma sistemindən yararlanma haqqı kimi vergi yığırdı. Dövlətin torpağının bir hissəsi iqta kimi hərbi xidmətinin təminatı kimi feodallara verilirdi. Tədricən renta iqtası, torpaq iqtasına çevrildi, və, erkən həm də sonrakı dövrlərdə şərti torpaq mülkiyəti olaraq ömürlük benefisidən irsi lenə çevrildi. Xüsusi ilə torpağı, feodala məhsulun 50% və daha çox qədərini ödəmək şərti ilə, icarəyə götürən kəndlilərin vəziyəti ağır idi.

Səlcuq İmperiyası dövründə Cənubi Azərbaycan

Rəvvadilər dövləti[

Ərəblərin regionda mövqeyinin zəifləməsindən istifadə edən oğuz soylu türk tayfaları tezliklə bölgəyə uğurlu hərbi yürüşlər edərək əraziləri işğal etmişlər. Səlcuqların Cənubi Azərbaycanda olduğu müddətdə qədimdən ərazidə yaşayan türk xalqalarının öz etnik mənsubiyyətini daşıyan türk qardaşlarıyla qaynayıb-qarışması prossesi sürətləndi. Beləcə vahid Azərbaycan xalqının təşəkkülü özünün ən yüksək tərəqqi səviyyəsinə çatdı.

Xanlıqlar dövrü

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşarqoymuşdu.

Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəminəlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.

Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.

Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

Ərdəbil xanlığı

XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. LənkəranQaradağQarabağSərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (17471783zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Lənkəran xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.

Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.

Nəzərəli xandan sonra hakimiyyətə gələn Nəsir xanın (17831808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1820-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.

Xanları

Marağa xanlığı

Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olundu. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.

Xanları

  • Əliqulu xan Müqəddəm
  • Hacı Əliməhəmməd xan Müqəddəm
  • Əhməd xan Müqəddəm, 1763-1797
  • Cəfərqulu xan Müqəddəm, 1797-1811

Maku xanlığı

Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxur Səd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.

Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə evlənir. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi. Teymur Paşa xan 1877-1878-ci illərdə xanlığı gücləndirdi. O, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq “Azərbaycan Padşahı” ləqəbi vermişdi. Xanlığın son nümayəndəsi Murtuzaqulu xan isə 1922-ci ildə devrildi.[64]

Xanları

Əhalisi Xanlığın əhalisi Azərbaycan türkləri və kürdlərdən ibarət idi. Əhalinin 900 ailəsi Əhl-Haqq (Yərsanizm) dininə etiqad edirdi. Xalq arasında sünnilər qaraqoyunlu, şiələr isə ağqoyunlu adlanırdı. 1200 erməninin də yaşadığı qeyd olunur. Xanın əsas güvəndiyi qulluqçuları ermənilərdən idi.

Qaradağ xanlığı

Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.

Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.

Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində P.Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.

Xanları

Sərab xanlığı

Sərab xanlığı – Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq. (XVIII əsrin 40-cı illəri – XIX əsrin əvvəlləri). Ərazisi ƏrdəbilQaradağTəbrizMarağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab şəhəri.

Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (17471786) tərəfındən qoyulmuşdur. Nadir şahın ölümündən sonra paytaxtdakı qarışıqlıqdan istifadə edən Əli xan özünü həmtayfaları arasında xan elan etdi. O, Məhəmmədhəsən xan Qacarla mübarizədə öz müstəqilliyini qoruyub saxlasa da, Kərim xanın nominal hakimiyyətini qəbul etməyə məcbur olmuşdu.

Əli xanın ölümündən sonra hakimiyyətə Sadıq xan Şəqaqi gəlsi. Sadıq xanın hakimiyyəti dövründə Sərab xanlığı yenidən müstəqilliyə nail olmuş, öz sərhədlərini genişləndirməyə cəhd göstənnişdi.[64]

Sadıq xan xanlığın idarə sistemini nizama saldı, müdafiəsini təşkil etdi. İran tərəfdən təhlükəni nəzərə alaraq xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin UrmiyaQarabağ və başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbuli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlardövlətinin tərkibinə qatıldı.

Xanları

Təbriz xanlığı

Ən görkəmli xanlarından biri Əmiraslan xan Qırxlı-Avşar olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı ƏrdəbiliXalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.[65]

Urmiya xanlığı

Xanlığın əsasını Nadir şah Əfşar‘ın əmisi oğlu, Əfşar tayfasından olan Fətəli xan Əfşar qoymuşdu.O,hətta Nadir şahın sərkərdəsi olan Azad xan‘ı da öz tərəfinə çəkə bilmişdi. Bundan sonra,o,mərkəzləşdirmə siyasətini həyata keçirməyə başladı.İlk olaraq Təbrizə hücum etdi,Təbriz asılı hala salındı.Və Təbriz paytaxt oldu.Daha sonra Xoy xanı Şahbaz xanda Fətəli xanla ittifaq bağlamağa məcbur oldu.Bundan sonra isə Qaradağ,Marağa və Sərab xanlıqları Urmiya xanlığından asılı vəziyyətə salındı.O,1751-ci ildə Azad xanı onunla ittifaqdan imtina edən İrəvan xanlığı üzərinə göndərdi.İrəvan xanı Mir Mehdi Kartli çarı II İraklidən kömək istədi.II İrakli Qazax və Borçalı azərbaycanlılarından topladığı ordunu Mir Mehdi xana köməyə göndərdi.Azad xan geri oturduldu.Beləliklə,Fətəli xan Əfşar Maku və Ərdəbil xanlıqları istisna olmaqla,bütün Cənubi Azərbaycan xanlıqlarına öz hakimiyyətini yaya bilmişdi.

Urmiya xanlığının hökmdarı Fətəli xan Əfşar Nadir şah Əfşarın ən yaxın adamlarından biri idi və Əfşarlar tayfasına mənsub idi. Fətəli xan Əfşar Cənubi Qafqazın tutulması və İrandaali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətnamələr göndərildi. İrəvan xanlığına hücum uğursuz olduqda hücum istiqaməti Gürcüstana yönəldi. Çar II İrakli məğlub edildi.

Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi (1752). İranın şimalında möhkəmlənən Məhəmmədhəsən xan Qacarla mübarizə çə­tin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərək Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. Bununla kifayətlənməyərək Təbrizi, sonra isə Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Məhəmmədhəsən xandan sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyanı 1763-cü ildə 9 ay mühasirədə saxlayır. Nəhayət Urmiya xanlığını tutan Kərim xan ZəndFətəli xan Əfşarı Şiraz qonaqlığında edam etdirir.

Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra İmamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Əfşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq, İran taxtına çıxan Fətəli şaha tabe oldu.[66]

Xalxal xanlığı

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza “fəxri qonaqlığa” aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı[67].

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-сi ildə Həştərxandan Q. A. Potyomkinə məruzəsində yazırdı:

“Nəzərəli xan Rəşti alandan sonra Hidayət xan сanını qurtararaq gəmidə Rəştin 10 saatlığında Mazandaran tərəfdə Səfidrud çayının mənsəbinə gəlib-çıxmışdır. O. Rəştin 150 verstliyində Təbriz tərəfdə yaşayan xalxallı Əmirgunə xana kömək etməyi xahiş etmişdi və onun tələb etdiyi hər şeyi yerinə yetirməyə boyun olmuşdur. Əmirgunə xan, guya, onun xahişi ilə qoşunla Rəşt yaxınlığına gələrək həmin şahsevənli Nəzərəli xanı ordan qovub-çıxarmış və həmin şəhəri idarə etmək üçün əvvəlki kimi Hidayət xana vermişdir. Nəzərəli xan isə Xalxal xanına müqavimət göstərmək iqtidarında olmadığını görüb, ordan çıxarkən şəhərdəki bütün tikililəri və bağları yandırmışdır. Lakin bu məlumatın təsdiqini gözləmək lazımdır”[68].

Xoy xanlığı

Xoy xanlığının əsasını dünbuli tayfa başçıları qoymuşdu. Dünbuli Əhməd xan XVIII yüzilin 60-cı illərində Təbrizdə də möhkəmlənmişdi. O, İrəvanNaxçıvan və Qaradağ xanlığını da özünə tabe etmişdi. Qarabağ xanlığı ilə müttəfiqlik hakimiyyətinin möhkəmlənməsinə müsbət təsir göstərdi.

1775-ci ildə Xoy xanı Əhməd xandan Çıldır valisi Süleyman paşaya göndərilən məktubda “Şimali Qafqazın istilasından qüvvət alan Rusiyanın və onunla ittifaq yaradan İrakli xanın təcavüzünə imkan verməməsi üçün Azərbaycan və Qafqaz xanlarının “Dövləti-Aliyyə” (Osmanlı imperiyası – Q.G.) ilə birgə mübarizə aparmasının vacib olduğu bildirilirdi”.

Xoy xanlığı ilə Kərim xan Zəndin zərbələrindən sonra dirçəlməyə başlayan Urmiya xanlığı arasında ziddiyyət var idi. Xanlıqlar arasındakı döyüşdə Urmiya xanlığı məğlub oldu. Bu Xoy xanlığının nüfuzunu xeyli artırdı. Kərim xan Zənd Xoy xanlığının güclənməsindən narahat olub, Əhməd xanı sarsıtmaq üçün tədbirlər görməyə başladı. Bu məqsədlə onun qardaşı Şahbaz xanın oğlanlarını əmilərinə qarşı mübarizəyə hazırlayırdı. Kərim xan Zəndin səpdiyi düşmənçilik toxumu onun ölümündən sonra belə özünü göstərdi. Şahbaz xanın oğlanları Əhməd xana qəsd edib, onu öldürdülər. Qəsdçilər hakimiyyəti ələ keçirməyə nail ola bilmədilər. Cəfərqulu xan Xoylu xilas ola bildi, onları cəzalandırdı və qardaşı Hüseynqulu xanı azad edərək hakimiyyətə gətirdi.

Xoy xanlığı yaranmış vəziyyətdə əvvəlki mövqeyini itirdi. İrəvan xanlığı müstəqillik əldə etdi. İrəvan və Qaradağ xanlığı yalnız Qarabağdan asılı oldu. Təbriz də əldən çıxdı. Xanlıqlar arasında yeni çəkişmələr başlandı.

Xoy xanlığı Qacarlardan asılı vəziyyətə düşdü, sonra xanlığa son qoyuldu.

Xanları

İnzibati quruluşu

  1. Avacıq mahalı
  2. Qotur mahalı
  3. Salmas mahalı
  4. Xoy mahalı
  5. Ələnd mahalı
  6. Çaldıran mahalı
  7. Çors mahalı
  8. Qaraqoyunlu mahalı (Xoy)
  9. Sökmənabad mahalı
  10. Dərgah mahalı

Zəncan xanlığı

Zəncan xanlığın banisi Zülfüqar xan Əmirli-Avşar idi. Avşar elinin Əmirli oymağının Zəncan ətrafında çəkisi ağır idi. “Kitabi-məcməül-sultaniyyə”nin 370-ci səhifəsində yazılır: “Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər.

Zülfüqar xan Əmirli-Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanındayerləşən imarət onunkudur”. “Gülşəni-murad”, “Rüstəmüttəvarix” və başqa kitablarda da onun haqqında məlumatlar verilib. Kitabların bir neçə yerində onun iqtidarı və qüdrətinə görə, “Alicah Zülfüqar xan”, “Sultan Zülfüqar xan Əmirli-Avşar”, “Xaqan” ünvanları ilə xatırlanıb. Zülfüqarilərin daxil olduğu əmirlilərin olduqları yer, Qoltuq qalası Zəncanın cənub yörəsində yerləşirdi.

Zülfüqar xan Kərim xan Zəndin ölümündən sonra qoşun çəkib Qəzvini tutdu. Şahlıq iddiasında idi. Əlimurad xanın hücumundan sonra Qəzvini buraxıb Zəncana qayıtdı. Zülfüqar xan Ağaməhəmməd xan Qovanlı-Qacarın qardaşı Cəfərqulu xanla vuruşub məğlub olmuşdu. Zülfüqar xan məğlub olub Xalxala qaçmışdı. Xalxalın hakimi onu tutub Əlimurad xana verdi.

Əlimurad xan 1780-ci ildə Zülfüqar xanı öldürdü.

Zülfüqar xanın törəməsi Zülfiqari soyadını daşıyır.

Zülfüqar xandan sonra, 1780-ci ildə Zəncanın hakimi Əli xan Avşar oldu. Onun soyu Zayirli adlanırdı. Zayirli soyu Zəncanın ətrafında məskunlaşıblar. “Gülşəni-murad” kitabında bu barədə yazır ki, Əli xan Zayirli-Avşar Xəmsə və Zəncan əyalətinin hakimi və Zülfüqar xanın qohumu idi.

1783-cü ildə Təbriz şəhəri Urmiya qoşunları tərəfindən mühasirəyə alınmışdı. Nəcəfqulu xan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xanın yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. Urmiya hakimi İmamqulu xan Qasımlı-Avşar bu hadisəni eşidib Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Əmənulla xan Ərdəlani də yolda qoşuna qoşuldu.

Zəncan hakimi Əli xan bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi, sevincək halda onlarla birləşdi. Onları ağırlayıb məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Bildirdi ki, gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. Bu məsləhəti Imamqulu xan Qasımlı-Avşar qəbul edib Irağa getməkdən əl çəkdi. Birləşdiyi Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Dost bildiyi Azərbaycan xanlarına məktub yazıb onlara qoşulmağı təklif etdi. Xalxalın hakimi Fərəculla xanMiyanədə ona qoşuldu.Sərab hakimi Əli xan Şəqaqi böyük oğlu Sadıq sultana qoşun götürüb onlara qoşulmasını tapşırdı. Onlar Təbrizin bir ağaclığında toplanıb oturaq etdilər. Qış həmin il soyuq gəldiyindən şəhəri mühasirə etməyə tablamayıb Urmiyaya yollandılar.

Əli xan Avşar Qarabağ hakimi Ibrahimxəlil xan Cavanşirlə yazışırdı. 1787-ci ildə Qarabağ xanı Əli xana yazırdı ki, Ağaməhəmməd xanın Azərbaycana girməsi böyük təhlükədir və buna görə də o, Məhəmmədhəsən xanın oğlunu şimala doğru hərəkətinə mane olmalıdır. Bunun üçün lazım gələrsə, ona qoşunla və pulla kömək etməyə hazırdır.

Ibrahimxəlil xan Cavanşirin məktubu Təbriz xanı tərəfindən ələ keçirildi. Ağaməhəmməd xana göndərildi. Ağaməhəmməd xan Qovanlı-Qacar 50 min qoşunla Zəncana gəldi. Əli xanZayirli bir məktub vasitəsilə Avşar elinin butün oymaqlarını Tehrana dəvət etdi. Ta Tehranda Avşarlar sülaləsinin şahlığını elan etsin.

Bir neçə dəfəlik yüngül qarşılaşmada Əli xan Zayirli-Avşar Ağaməhəmməd xan Qacarın ordusunun nizamını pozmuşdu. Ağaməhəmməd xan da qalib gələndən sonra onu Zəncanın hakimliyindən və qoşun sərkərdəliyindən azad etdi.

Əli xan Qacar xanına qarşı mübarizədən əl çəkmirdi. 1788-ci ildə (hicri qəməri 1201-ci ildə) Ağaməhəmməd xan Əli xan Avşarı Isfəhan şəhərinə aparıb gözlərini çıxartdırdı. Onun bütün vəzifələrini Abdulla xan Usanlı-Avşara verdi.

Əli xan Zayirli-Avşardan sonra Zəncanın valisi Abdulla xan Usanlı-Avşar oldu. 1797-ci ildə Ağaməhəmməd şah Qovanlı-Qacar onu hakim kimi tanımışdı. Abdulla xan Xəmsəyə yetişəndən sonra şahlıq həvəsinə düşmüşdü. Yar-yoldaşlarından, dost-tanışlarından qoşun toplayıb taxt-tac iddiası edirdi. Sonra iddiasından əl çəkib Zəncanı idarə etməyə başladı.

Abdulla xan Usanlı 1797-ci ildə Qacar şahları tərəfindən Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi.

Abdulla xan Hüseynqulu xan Qovanlı-Qacarın oğlu Süleyman xanın qiyamına qarışdığı üçün Fətəli şah tərəfindən kor edildi.

Abdulla xandan sonra Zəncana Əmənulla xan Avşar başçılıq etməyə başladı.

Əmənulla xan Qacar dövlətinin adlı-sanlı sərkərdələrindən idi. 1806-cı ildə Fətəli şah Qovanlı-Qacar İbrahimxəlil xan Cavanşirin oğlu, İrana tabe olan Mehri mahalının başçısı Əbülfət xanı (Əbülfət xan Tuti) qızışdırıb 5 min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. Iranın adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüseynqulu xan Qacar, Damğanlı Ismayıl xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi.

Xanları

  • Zülfüqar xan Əmirli-Avşar, (1747-1780)
  • Əli xan Zayirli-Avşar, (1780-1782)
  • Abdulla xan Usanlı-Avşar, (1782-1797)
  • Əmənulla xan Avşar, (1797-1810)

Siyasəti

Bölgə əhalisi ölkənin təhsil və digər sistemlərində olduğu kimi quruculuq və idarəetmə sistemində də önəmli rol oynayırlar. Mərkəzi İran Ağsaqqallar Şurasındakı 86 təmsilçidən 11-ni azərbaycanlılar təşkil edir.

Ad Ostan Ad Ostan Ad Ostan Ad Ostan
Həşim Həşimzadə Şərqi Azərbaycan ostanı Möhsün Müctəhid Şəbüstəri Şərqi Azərbaycan ostanı Məhəmməd Feyzi Şərqi Azərbaycan ostanı Məhəmməd Tağı Purməhəmmədi Şərqi Azərbaycan ostanı
Əli Məlakuti Şərqi Azərbaycan ostanı Əsgər Dirbaz Qərbi Azərbaycan ostanı Ələkbər Qüreyşi Qərbi Azərbaycan ostanı Cavad Müctəhid Şəbüstəri Qərbi Azərbaycan ostanı
Həsən Əməli Ərdəbil ostanı Fəxrəddin Musəvi Ərdəbil ostanı Məhəmməd Rza Dulabi Zəncan ostanı

İslam Məşvərət Şurasının 290 üzvündən 44-ü cənubludur. Həmin təmsilçilərin 40-ı, eyni zamanda Türk Bölgələr Fraksiyasına da üzvdür.

İran Nazirlər Kabineti və İdarəetmə Apparatı

Baş Konsulluqları[redaktə | əsas redaktə]

Ölkə Ad Şəhər Əyalət Ölkə Ad Şəhər Əyalət
Təbriz Türkiyə Konsulluğu[73] Təbriz Şərqi Azərbaycan Urmiyə Türkiyə Konsulluğu[74] Urmiya Qərbi Azərbaycan
Təbriz Azərbaycan Konsulluğu[75] Təbriz Şərqi Azərbaycan

İdmanı

Mötəbər idman hadisələri

♦ 2010-cu il kişilər üzrə Asiya Voleybol Çempionatı – Qədir Arena (Urmiya)

♦ 2012-ci il Qərbi Asiya Futzal Çempionatı – Qədir Arena (Urmiya)

♦ 2012-ci il yeniyetmə gənclər üzrə Asiya Voleybol Çempionatı – Qədir Arena (Urmiya)

♦ Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş 16-cı güləş müsabiqəsi – Şəhid Purşərifi Arena (Təbriz)

♦ 2014-cü il yeniyetmə gənclər üzrə Asiya Həndbol Çempionatı – Şəhid Purşərifi Arena (Təbriz)

♦ 1976-cı il futbol üzrə Asiya Kubokunun bir sıra matçları – Bağ Şəmal Stadionu (Təbriz)

♦ 1986-cı ildən bəri Cənubi Azərbaycan turu veloyürüşü

Bölgənin əsas idman klubları

Futbol

Futzal

  • Mes Sunqun PİK
  • Dəbiri Təbriz PİK

Voleybol

  • Şəhrdari Urmiya VK

Basketbol

  • Həmyeri BK

Veloidman

  • Petroçimi TVK

Əhalisi

Sasanilər dövründə Adurbadaqanın ərazisi əsasən türkdilli tayfalarla məskun idi.[76] Əhalinin bir hissəsi İran dilləri qrupunun dialektlərində danışsa da, həmin dil qrupundan olan hakim pəhləvi dili geniş xalq kütlələrinin danışıq dili ola bilməmiş, yalnız kargüzarlıqda işlədilmiş, hakim təbəqənin dili olmuşdu.[76]

Azərbaycan türkləri İranda say etibarilə farslardan sonra ikinci yeri tuturlar. XIX əsrin sonlarında İranda Azərbaycan Türklərinin sayı 2 milyona yaxın idi. Onlardan 1 milyonu kənd əhalisi, 0,5 milyon şəhər əhalisi, 0,5 milyonu isə yarımköçərilərdən ibarət idi. XX əsrin ortalarında İrandakı azərbaycan türklərinin sayı 16-18 milyon (32-36%) olmuş və bunlardan 7-9 milyonu Cənubi Azərbaycanda məskunlaşmışdır. 90-cı illərin əvvəllərində aparılmış hesablamalara görə, İranda, 40.000.000 azərbaycan türkləri yaşayır. Onların böyük bir qismi (təxminən 20 mln.) Cənubi Azərbaycanda, qalanı isə İranın digər ərazilərində məskunlaşmışdr.[77]

Mədəniyyəti

Əsas məqalə: Cənubi Azərbaycanın maarif və mədəniyyəti

Şahlıq rejimi zamanı (19251978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik.

Xalçaçılıq

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, TəbrizƏrdəbilMarağaMərəndMakuXoyUrmiyaZəncanHerisSərabƏhmədabadƏhərSalmasQaradağ, o cümlədən, Qərəcə, Miriş, Görevan, Sennə və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.

Öz kompozisiya tələbatına süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur.Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çüvrilir,artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları,ov motivləri naxışlarla əvəz olunur.

İlk XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək “Dörd fəsil” tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açib göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir.Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir.Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir.

Xalçalardan medalton və medalyonlar boyunca Azərbaycan memarlığının abidələrinin təsviri,tarixi və din xadimlərinin obrazlarının verilməsi təqlidçilik xarakteri daşımır.Ənənəvi Şərq mədəniyyətinə əsaslanan müstəqil xarakterə malikdir.Dörd dəqiq hissəyə bölgü Şərqin dünya şöhrətli “bağ-bağçaları” üçün səciyyəvidir. Bu xalçalar haqqında XII əsr mənbələrində məlumat verilir.Əmək istilaçıları 637-ci ildə Ktesifonda Sasanilərin iqamətgahını ələ keçirərkən “Xosrovun Baharı” adlə xalçanı qənimət kimi götürmüş və onu misilsiz bir sərvət kimi qiymətləndirmişlər.Xalçanın fonunda şəlaləli irmaqlar, arxlı güllü-çiçəkli bağ təsvir olunmuşdur.

XVI əsrə aid edilən və hazırda Məşhəd muzeyində saxlanılan Təbriz xalçasına nəzarət yetirək. Burada ən əvvəl xalçanın orta hissəsində dörd hissədə fəsillərin rəmzləri:qar,gördurşağı,yağış təsvirləri,mərkəzdə medalyon nəzərə çarpır. Medalyonda çox güman Təhmasib şahın babası İmam Rzanın məqbərəsinin minarələri bir sıra dini abidələr və motivlər əks olunmuşdur.Bu prinsip sonralar tarixi və ictimai şəraitə uyğun olaraq dəyişmişdir.

Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri xalçalardan Azərbaycan memarlığının Göy Məscid,”Ucaytu Sultaniyyə” kimi abidələrin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksini Təxti-Cəmşidin xarabalıqları,habelə din xadimlərinin klassik şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.

1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826-28-ci illər Rusiya-Iran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiya tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla ölkənin cənub hissəsi Iranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da “Cənubi Azərbaycan” termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada Iran xalçaları adı ilə tanındı.

Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır.

Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsərləri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.

Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil.

Təbriz xalçaçılıq məktəbinin “Bağ-behişt xalçası”, “Bağ-meşə xalçası”, “Balıq xalçası“, “Buta xalçası”, “Dərviş xalçası”, “Kətəbəli xalçası”, “Gördəst xalçası”, “Göllü-guşəli xalçası”, “Güldanlı xalçası”, “Leyli və Məcnun xalçası”, “Məşahir xalçası”, “Mun xalçası”, “Namazlıq xalçaları“, “Nəcaqlı xalçası”, “Sərvistan xalçası”, “Sərdari xalçası”, “Səhənd xalçası”, “Silsiləvi ləçək xalçası”, “Fərhad və Şirin xalçası”, “Xəyyam xalçası”, “Xətai xalçası”, “Həddad xalçası”, “Çərxi-gül xalçası”, “Ceyranlı xalçası” və s. klassik kompozisiyaları da məşhurdur.

Geris xalçası

Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən “Geris” və ya “Gəpəz” qəsəbəsinin adları ilə bağlıdır. “Geris” xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan “Ləçəkturunc” kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.

Sərabi xalçası

Bu xalçalar adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Səraba şəhərindən götürüb. Sərabi xalçalarınını bir neçə növü mövcuddur.

  • – Orta hissəsi şaquli xətlərlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınja assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənmişdir.
  • – Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.

Bitki ornamentləri demək olar ki, punktir xətlərlə toxunub, bu da müəyyən mənada Qarabağ xalçalarını xatırladır.

Mir xalçası

Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adları Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanını orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan “Mərəzə” və “Hilə buta” xalçalarını xatırladır. “Mir” xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir. Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanının orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar.

Ağaclı xalçası

Bu xalçalar öz adlarını istehsal olunduqları yerin adına görə deyil, kompozisiyasına görə adlanırlar. İranda bu xalçalar “Dəraxti”, Əfqanıstanda “Baqqi”, Azərbaycanda isə “ağacalı” kimi məşhurdurlar. “ağacalı” kimi tanınan xalçaların orta sahəsi, əsas etibarilə, bir və ya bir neçə ağac və kollardan ibarətdir, nadir hallarda isə ağac qruplarından ibarət olur. ağacların müxtəlif növləri olur. Qədim dövrlərdə əfsanəvi hadisələr, məhəbbət səhnələri, mifoloji, bəzən isə dini fantastik süjetlər bu kompozisiyaların əsas süjetini təşkil edirdi. Məlumdur ki, Orta Asiyada, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da zeytun, çinar, əncir ağacları, üzüm müqəddəs sayılırdı. Ağlayan söyüd məhəbbətin rəmzi, palıd – Güc və ərlik təcəssümü, nar ağacı isə var-dövlət, uğurun simvolu hesab olunurdu.

Şahabbası xalçası

Bu xalçaların adlarını Səfəvilər dövlətinin beşinji hökmdarı I Şah Abbasın adı ilə bağlıdı. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonu olan İsfahan şəhərinə köçürüb. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox usta və sənətkarları İsfahana köçməyə məjbur olublar. “Qum – Şah Abbası” xalçası “Şah Abbası gülləri” adlı orijinal formalı elementləri ilə səciyyələnir. Onlar əsas etibarilə fantastik güllər, həmçinin əncir yarpaqlarından ibarətdir. Üfiqi şəkildə assimetrik yerləşən elementlər bu xalçaların xarakterik xüsusiyyətlərindən hesab edilir.

Xalçaların süjet və kompozisiyası

Bədii və texniki cəhətdən yüksək səviyyəyə çatmış Təbriz xalçaçılıq məktəbinin ənənəvi xüsusiyyətləri vaxt ötdükcə Azərbaycandan kənarda da tanınmağa başladı.

Bu dövrün süjet-mövzulu xalçaları Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin dəyərli abidələrindəndir, onun öyrənilməsi üçün zəngin faktiki material rolunu oynayır.

Süjetli xalçalar bütün mümkün mövzular əsasında toxunurdu, bu mövzular arasında əsasən “ovçu”, “heyvan”, illyustrasiyalı ədəbi Süjetli, dini mövzuya həsr olunmuş mövzular daha çox sevilən idi.

Sücet-mövzulu xalçaların yaranmasında bəzi rəssamlar birbaşa iştirak edirdilər. Məsələn, Sultan Məhəmməd XVI əsr Təbriz məktəbinin ən məşhur miniatür rəssamı idi. Ənənəvi mövzulardan biri – Ömər Xəyyamın sevgilisiylə olan təsviridir. Miniatür rəssamlığın xüsusi dili və böyük realistik ruhu ilə xalçanın kompozisiyası Xəyyam poeziyasının ruhunu və mahiyyətini çatdırır. Burada məhəbbət mövzusuna aid müdrik sözlər və aforizmlərdən ibarət olan Firdovsinin, Sədinin, Həccə, Şeyx Attarın ikimisralı və dördmisralı beyt və rübailərdən ibarət poetik əsərləri göstərilib. Təbrizdə “Dörd fəsil” ənənəvi təsvirli xalçalar istehsal olunurdu (İlin dörd fəsli). Bu xalçalarda mövzu dəyişməz olaraq qalırdı, kompozisiya isə rəssasmın zövqü və baxışlarına uyğun dəyişirdi. Kompozisiyasına görə orta sahə hər biri ilin bir fəslini simvolizə edən ənənəvi dörd yerə ayrılır.

Cənubi Azərbaycan xalçaları dünya muzeylərində

  • Xalça “Ovçuluq”-Təbriz, 1522-1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan
  • Xalça “Heyvani”-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London
  • Xalça “Heyvani”-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York
  • Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt
  • Xalça “Heyvani”-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris
  • Xalça “Heyvani”-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından
  • Xalça “Dörd fəsil”-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
  • Xalça “Ağaclı”-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça “Rüstəm ağ divi öldürür”-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça “Rüstəmin Aşkavusla döyüşü”-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva
  • Xalça “Ömər Xəyyam öz sevgilisi ilə”-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça “Şeyx Sənan”-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Xalça “Məlik Məmməd”-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı
  • Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
  • Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
“Ağaclı” xalçası. Təbriz xalçaçılıq məktəbi. XIX əsrin əvvəli. “Təbriz” xalçası. Təbriz xalçaçılıq məktəbi. Paris. Təbriz xalçaçılıq məktəbi. Şəxsi kolleksiyadan. Budapeşt. “Qaradağ” xalçası. Təbriz xalçaçılıq məktəbi. XIX əsrin əvvəli. Rippon Bosvell auksionu.
“Medalyon” xalçası. Həriz, XVI əsr. Şəxsi kolleksiyadan, Lissabon. “Bəh-bəh” xalçası. Həriz, XVI əsr. Şəxsi kolleksiyadan, ABŞ. “Heriz” xalçası. XIX əsrin sonu. Sotbi auksionu. Təbriz xalçaçılıq məktəbi. Həriz, XIX əsrin sonu.. Xalça müzeyi, Tehran.

Teatr

18711974-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Cənubi Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 19051911-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909-21-ci illərdə “Azərbaycan artistləri dəstəsi” fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası – “Xeyriyyə teatrı” tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövət Teatrı yaradılmışdı. 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yalnız qısa bir müddət ərzində (1948-1949) Tehranın “Ziba” teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir.

Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S.Səbahi 10 ilə yaxın müddətdə (1949-1959) 40-dan çox bədii əsəri, o cümlədən C.Cabbarlının, M.F.Axundzadənin, H.Cavidin, Ü.Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur. 30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978-79-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar. Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbaycanlı recissor Hüseyn Lələ türkcədə “Alın yazısı” adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın “Vəhdət” adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.

Musiqi

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/74/Googoosh_in_Cupertino_CA.jpg/100px-Googoosh_in_Cupertino_CA.jpg

QuquşCənubi Azərbaycan türklərindən olan ən məşhur müğənnidir

Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu tayda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları “məhəlli nəğmə” adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 90-cı illərədək bu tayda da (Şimali Azərbaycanda) anonim qalmışdı. 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir. Daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə “Fantaziya”, “Elim, günüm, şövkətim”, “Ceyran sevgilim” və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun “Aman, ayrılıq”, “Sizə salam gətirmişəm” mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhilini Bakıda alan Ə.Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.

Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Sevil” operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni Araz ElsəsAlmaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. Avropa və Amerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır. Onların arasında Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan rəssamlardandır.

Cənubi Azərbaycan mövzusu Şimali Azərbaycan musiqisində

  •  – Demokratik Azərbaycan himni (şair Etimadın sözlərinə), “Təbrizim” valsı, “Arazın o tayında” vokal-simfonik poeması, “Səttarxan” poeması, “Azad (opera)” operası.
  • Niyazi – Mənim Təbrizim (1941, Süleyman Rüstəmin sözlərinə)
  • Səid Rüstəmov – Təbriz
  • Əşrəf Abbasov – Gələcək gün
  • İsmayıl Məhəmmədəlizadə – “Yaşa Azərbaycan”, “Şanlı Vətən”, “Vətənim”, “Qızılbaş marşı”, “Bu gün”, “Azərbaycan” [78]

Ədəbiyyat

XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeiri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və başqaları lirik şeirin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şeirlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.

XX əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İranda yeni şerin təməli “Təcəddüd” (Ş.Ə.Xiyabaninin rəhbərliyi ilə) qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.

M.Siqqətülislam, Ə.Səfərov, S.Səlmasi, Ş.M.Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M.Möcüzün, B.Abbaszadənin satirik şeirlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır. Ş.M.Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S.C.Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 19051911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə “Təcəddüd” (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 19781979-ci illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi.

1946-cı ildə Milli hökumət tərəfindən təşkil edilmiş “Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti”nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitinə keçdi. Təqribən 1960-cı illərə qədər Azərbaycan mədəni həyatında durğunluq yarandı. 1945-ci ildə çıxan Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Çağdaş fars şeirlərinin ustadı sayılan M. Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şeirləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.

Şah rejiminin farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 19501970-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya ŞeydaPiruz Dilənçi və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər aparılmışdır (S.Behrəngi, M.Fərzanə, S.Cavid, A.Təbrizi, M.Tərbiyət, M.Təbrizi, H.Məmmədzadə, Q.Kəndli, Q.Biqdeli, M.Müsaddıq, M.Mənafi, C.Müciri, Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) və başqaları).

19781979-cu illər İran islam inqilabından sonra keçən qısa müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edilmişdir. Onların bir neçəsi təkrar işıq üzü görmüşdür.

Tanınmış şəxsiyyətlər

Əsas məqalə: İran azərbaycanlıları

Fərəh Pəhləvi

Məhəmməd Hüseyn Şəhriyar

Fətullah mirzə Qovanlı-Qacar

Bulud Qaraçorlu

Əli Nazim

Ayətullah Kazım Şəriətmədari

Zehtabi

Səttar xan

Seyid Məhəmmədhüseyn Təbatəbai

Məhəmməd Tağı Cəfəri

Bağır xan

Mahmudəli Çöhrəqanlı

Piruz Dilənçi

Muzeylər

Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Xüsusilə Tehranın Arxeologiya Muzeyindəki eksponatlar-Təbrizdən bir az aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Zaviyə və s. təpələrdən yaxın vaxtlarda tapılmış abidələr, əşyalar Azərbaycanın qədim tarix və mədəniyyətini işıqlandıra bilən qiymətli sənət əsərləridir. Pəhləvi recimi dövründə Cənubi Azərbaycanın mühüm muzeyləri TəbrizUrmiyaXoy və Miyandoabda idi. İslam inqilabından sonra bir sıra adlar kimi Güney Azərbaycandakı muzeylərin də adları dəyişdirildi və bir neçə yeni muzeylər yaradıldı. Belə ki, 1962-ci ildə Təbrizdə təsis edilmiş “Şərqi Azərbaycan Muzeyi” indi “Azərbaycan Muzeyi” adlanır və bu muzeydə 2.300-ə yaxın nadir tarixi eksponat, milli geyim, təsviri və tətbiqi incəsənət, o cümlədən Əhəd Hüseyni tərəfindən hazırlanmış heykəltaraşlıq nümunələri saxlanılır. Muzeydə Məşrutə inqilabına aid ayrıca bir salon fəaliyyət göstərir. Bundan başqa, Təbrizdə “Zoologiya” muzeyi də fəaliyyət göstərir. Təbrizdəki Darülfünun Şərqdə ilk universitetlərdən olmuşdur.

Dili

Azərbaycanlılar Azərbaycan türkcəsində danışmaqdadırlar.[79]1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və jurnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və “Tərbiyət kitabxanası” Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.

Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 1980-ci illərdə radio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yalnız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir. Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloci yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.

Dini

Güney Azərbaycan əhalisinin böyük əksəriyyətini özlərini 12 imamın davamçıları sayan Şiələr təşkil edir. Bölgədə bu təriqətin əsası Şah İsmayıl Xətainin başçılıq etdiyi Qızılbaşhərəkatı tərəfindən qoyulmuşdur. Bununla yanaşı Ərdəbil ostanının Heşəcin şəhristanı ətrafında, habelə Biləsuvar yaxınlığındakı bir sıra kəndlərdə yaşayan az sayılı Sünni təriqətli əhali də yaşayır. Onlar, əsasən, Şafi və Hənəfi məzhəbinə mənsubdurlar.

Bölgədə az sayıda xristian və yəhudi inancına sahib xalqlarla yanaşı, İbrahimi dinlərdən öncəki ənənəvi inanclara sahib xalqlar da mövcuddur.

Mətbuat

Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 19781979-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 19781979-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində “Odlar yurdu”, “Çənlibel”, “Araz”, “Molla Nəsrəddin”, “Azərbaycan”, “Vətən uğrunda”, “Oxtay”, “Səttar xan bayrağı”, “İrəli”, “Muştuluq”, “Bahari-Azərbaycan”, “Ayəndeyi-Azərbaycan” kimi qəzetlər və “Koroğlu”, “Birlik”, “Azadlıq”, “Qardaşlıq”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda”, “Azərbaycan səsi”, “Günəş”, “Ülkər”, “Yeni yol” kimi curnallar çap edilərək yayıldı. Bu mətbuait orqanlarında İran, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi. Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.

Qəzet və jurnallar

İranın yeni hakim dairələrinin İran İslam Respblikası rəhbərliyinin qeyri-fars xalqların milli demokratik hərəkatlarına mənfi münasibəti 19801981-ci illərdə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə çıxan “Varlıq” curnalı idi. Onunla yanaşı “Fəcri-Azərbaycan”, “Ümidi-Zəncan”, “Ərk”, “Ərdəbil”, “Əhrar”, “Keyhan” və bu kimi qəzet və curnallar da nəşr olunmağa başladı. Qeyd edilməlidir ki, həmin nəşrlər iki dildə – fars və türk dillərində çap olunur.

Televiziya və radio

İnzibati bölgü sistemi

Cənubi Azərbaycanda azərbaycan dilində danışılır. Azərbaycan cümhuriyyəti öz müstəqilliyini qazandıqdan sonra güneydə azərbaycan dilinin inkişafı daha da sürətlənib. Bunun əsas səbəbi sovetlər birliyinin dağılmasından sonra güneylə quzeyin yaxınlaşmasıdır.

  • Kənd: Ölkənin ən kiçik bölgü vahidi
  • Rayon: Bir neçə kənd qrupu
  • Bölüm: Bir neçə rayon qrupu
  • Şəhər: Bir neçə bölgə toplusu
  • Bölgə: İranın ən böyük inzibati bölgü vahidi və neçə şəhər toplusu. Misal olaraq Qərbi Azərbaycan ostanıTehran bölgəsi (İranda 30 bölgə var)
  • Ölkə: İran

Etnik tərkibi

Cənubi Azərbaycanın etnik tərkibi Azərbaycanlılardan[80] ibarətdir.Qismən burada farslar, kürdlər, giləklər, mazandaranlılar yaşayırlar.