Müştərilər necə aldadılır?!-Yalançı kampaniyalar-Faizsiz kredit-Aldadıcı markalar-Onlayn sifariş zamanı aldanma

Müştərilər necə aldadılır?!-Yalançı kampaniyalar-Faizsiz kredit-Aldadıcı markalar-Onlayn sifariş zamanı aldanma

1) “Yalannlarda telefon zəngi ilə müşərilərin aldadılması halları artıb.200 manatlıq tozsoran alın sizə 3,4 hədiyyə verəcəyik adı ilə müştərilər aldadılır.Səbinə Əliyeva (ad şərtidir) adlı xanımı belə aldadıblar.Deməli müştəriyə Samsung(digər məhşur markalar da ola bilər) tozsoran təklif edilir üstündə mikser,blender,ətçəkən və zəmanət olduğu bildirilir.Məhsul çatdırılır yoxlanılır götürülür.Sonra məlum olur ki, Samsung (digər məhşur markalar da ola bilər) tozsoran orijinal deyil bazar qiyməti 60,70 manata satılır.Hədiyyələr çin istehsalı olan keyfiyyətsiz markalardır.Zəmanətdə qeyd olunan nömrələrə zəng çatmır,zəmanət möhürsüz olur beləliklə müştəri aldadılır.

2)“Faizsiz kredit” elanı ilə satılan məhsullar üçün imzalanan müqavilələr kredit sayılmır: “Bunun adı qanunvericiliyimizə görə nisyə alqı-satqıdır. Komisyon məbləği üstünə gəlməklə nisyə satdığı malın qiymətini artırır. Qanunvericilikdə bununla bağlı heç nə yoxdur. Sadəcə qanunla bu qadağan da edilməyib. Mülki qanunvericiliyin ümumi prinsipi var ki, qanunla qadağan edilməyən hər şeyi müqavilədə göstərmək olar. Faizsiz kredit elanı yalnış məlumat verməkdir. Bu istehlakçıların hüquqlarının pozulması deməkdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqda qanun var. Həmin qanuna görə, sahibkarlar istehlakçılara düzgün məlumat verməlidirlər. Belə olan halda isə bu artıq aldatmadır. O baxımdan aldatmadır ki, onun adı kredit deyil, bu məlumat yalandı. Kredit deyilsə faizsiz də deyil. Bunun adı nisyə alqı-satqıdır, bu da əvəzsiz deyil. Burada komisyon haqqı var. Deməli burda da müştərilərin aldadılması var. Aldadılması yalnız o mənada ki, məlumatın verilməsində aldadılma var”.

3) “Aldadıcı markalar”Azərbaycanda kifayət qədər tanınan markalar var.Bəzi markalar satışı artırmaq üçün yalnış informasiya yayırlar.Məsələn Hoffman markası.Alman brendi olduğu qeyd edilir.Hoffman X max Oukitel,Hoffman X ultra Leagoo M9 telefonları ilə eynidir.İmei kodu vasitəsi ilə də mənşə yerini araşdırmaq olar. http://hoffmann-electric.com saytını araşdırdıqda Almaniya ilə əlaqəsi yalnız yazılarda qeyd edilir.Ünvan və əlaqə vasitələri qeyd edilməyib.Digər məluma verilən marka Blackbird markasıdır.Bəzi reklamlarda Blackberry-nin məişət texnikası markası olduğu bildirilir.Əslində isə Blackberry  markasının belə marka istehsal edən bölməsi yoxdur.Araşdırmalarımız davam edəcək…

4) Onlayn sifariş zamanı aldanma Onlayn sifariş zamanı əsas diqqət edilməsi gərəkən satış edən mənbənin real ünvanın olmasıdır. Onlayn  satışda mağaza olması vacib deyil.Dünya da hər iki forma da satış forması var.Amma ofis və ya xidmət məntəqəsi olmalıdr ki,zəmanət məslələrində problem yaşamayasınız.Qaimə və yazılı zəmanətin verilməsi(zəmanətli məhsullara aiddir) satıcı tərəfindən təşkil edilməlidir.Zəmanətdə mütləq ünvan,əlaqə nömrələri,möhür olmalıdır.

Araşdırmalarımız davam edəcək…

S&Y
Administrator

Leave a comment

Please enter comment.
Please enter your name.
Please enter your email address.
Please enter a valid email address.