Sən mi xilas edəcəksən bu ölkəni ?

Sən mi xilas edəcəksən bu ölkəni ?

İşini doğru,düzgün etməyə çalışıb,bəzən səhərlərə qədər işləyən çox insanımız, sən mi xilas edəcəksən bu ölkəni ? sən mi düzəldəcəksən bu ölkəni ? kimi cümlələrini eşitmişdir.Bəziləri bu cümləni sizi sevdikləri üçün qurarlar , bəziləri isə sizi alçatmaq üçün.Çünki,onlara görə ölkəni ancaq və ancaq üstün, möcüzələrə sahip insanlar və  super qəhrəmanlar xilas edə bilərdi.Əslində,ölkəmizi xilas etmək üçün nə möcüzələrə ehtiyac vardır nə də super qəhrəmanlara. Gördüyümüz iş nə olursa olsun tək lazım olan, o işi doğru,düzgün və ədalətli etməkdir. Eynən Dr. Frances Oldham Kelsey kimi.Dr.Kelsey 1950-ci illərdə Amerka Birləşmiş Ştatlarında  Dərman və Qida Agentliyində yeni dərmanlara lisenziya verən həkim vəzifəsində  işləyirdi.

Hər şey 1957-cı ildə bir Alman şirkəti tərəfindən sakinləşdirici olaraq istehsal edilən dərman ilə başlayır. Dərman qısa müddətdə o qədər məşhur oldu ki, bütün Avropa ölkələrində satılmağa başlanıldı. Bu dərmana ən çox maraq göstərilənlər arasında hamilə qadınlar da vardı.Çünki, bu dərman qusma və ürək bulanmalarının az hiss edilməsinə səbəb olurdu.Dərman Avropada cox satılınca,Amerka bazarına girmək üçün  Amerkan Dərman və Qida Agentliyinə müraciət edildi.Qısa zamanda təsdiqlənməsi təxmin edilən müraciət, Dr.Kelsey –in qabağına gəlmişdi. Dr.Kelsey müraciət sənədini öhdəsinə düşüləcək şəkildə ətraflı olaraq  araşdırdı. Araşdırma zamanı Dr.Kelsey-in ağlına yatmayan suallar ortaya çıxdı və heç üşənmədən bunlarla bağlı əlaqədar dərman şirkətinə cavab vermələri  üçün tələblər və sorğular göndərdi. Dr.Kelsey ,halbuki ,bununla nə məşğul olursan ki,bu dərman Avropada 2 ildir satılmaqdadır,müraciəti təsdiqlə getsin kimi edə bilərdi.Amma xeyr,etmədi.Dr.Kelsey-in bu dərmanla bağlı süphələri vardı. Dərman şirkəti Dr.Kelsey-ə bir neçə açıqlama yazdı, cavablar göndərdi amma Dr.Kelsey bu cavablardan razı qalmadı.Bütün bu yazışmalar, məsələyə müdaxilə edən vəzifəli şəxslər,siyasi təsirlərə rəğmən Dr.Kelsey bu müraciət sənədini təsdiqləmədi və dərman Amerka bazarına girə bilmədi. Bu dərmanın adı Talidomiddir.Aydın oldu ki, bu dərman ana bətnində olan uşaqların inkişafına ciddi şəkildə yan təsirləri var imiş.Sırf sakinləşdirici olaraq satılan bu dərman  Avropada 10 000-ə yaxın uşaq qol ya da ayaqları olmadan dünyaya gəlmişdi.Bu hadisə Avropada Talidomid faciəsi olaraq tarixə keçdi.Bu uşaqlar o qədər çox idi ki, təhsil üçün xüsusi məktəblər belə açılmışdı. Ancaq, Amerkada isə Talidomid faciəsindən təsir görən uşaq sayısı sadəcə 17 idi.Bu faciənin qabağını alan sadəcə öz vəzifəsini yerinə yetirən adi bir insan idi.Yəni, bir insan bütün ölkənin taleyinə təsir göstərmişdir.

Bu hadisə əslində bizə çox vacib bir gərçəyi göstərdi.O da, tək bir insanın nəinki bir ölkəni,bütün dünyanın taleyini belə dəyiştirə bilər.Yaxın tariximizdə  neçə belə insanların adlarını sadalamaq olar: Nicola Tesla,Albert Einstein,Adolf Hitler,Lütfi Ələskərzadə,Vinton Cerf,Lary Page,Sergey Brin,Mark Zuckerberg və s.Bu insanlardan biri də niyə də siz olmayasınız,niyə də ölkəmizdən belə çoxlu insanlar çıxmsın!? Bunu deyə bilərəm ki, hətta ölkəmizdə üst səviyyəli fikirlərə sahip insanlarımız da var. Sadəcə tək əksiyimiz, HƏRƏKƏTdir.Yəni,fikirləri və düşüncələri həyata keçirə bilmə çabası və əzmi.

Əgər bir fikrə hərəkət yoldaşlıq etmirsə, o fikir ancaq beyində işğal etdiyi hüceyrə qədər böyüyə bilər.

Yəni, fikirlərin həyata keçirilməsi şərtdir.Bunu etmək düzdü, çətindir və çox əziyyətlidir. Amma, unutmamaq lazımdır ki,hər uğurun arxasında bir qiymət(bədəl) vardır.Əsil vacib olan məsələ, bu bədəli ödəməyə gözə alıb-almadığındır.Gələcəklə bağlı qorxuların və qayğıların ola bilər amma bu ölkəni hətta dünyayı xilas edə biləcək birisi varsa o da sənsən!Yetər ki , özünə inan.İşini doğru,düzgün və ədalətli et! Bu qədər sadə.

Y.A.Y.

Talidomid Faciəsi

Leave a comment

Please enter comment.
Please enter your name.
Please enter your email address.
Please enter a valid email address.